Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İlqar Məmmədovun yalanları onun qeyri-peşəkarlığından xəbər verir” – SONA ƏLİYEVA
Tarix: 05.09.2018 | Saat: 14:10:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövlətinin humanizm prinsiplarinə əsaslanan siyasəti nəticəsində vaxtından əvvəl azadlığa çıxmış Real Partiyasının sədri İlqar Məmmədov yenə də öz ampulasındadır. Jurnalistlər önünə çıxan İlqar Məmmədov peşəkar siyasətçiyə yaraşmayan ifadələrdən istifadə edərək həqiqətə uyğun olmayan bəyanatlarla yenidən gündəmə gəlməyə çalışır.

Real Partiyasının sədrinin bu cür ifadələrlə yenidən gündəmə gəlmək cəhdini şərh edən millət vəkili Sona Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, İlqar Məmmədovun, eləcə də xaricdə oturaraq Azərbaycan hakimiyyəti ilə bağlı qarayaxma kampaniyaları aparan şəxslərin bu cür mübarizə metodları yolverilməzdir:

“İlqar Məmmədovun timsalında özünü siyasətdə görmək istəyən adam üçün bu qeyri-peşəkarlıqdır. Yəni İlqar Məmmədovun siyasəti yalan üzərində qurması onun qeyri-peşəkarlığından xəbər verir. Suçlamaq, iftira atmaq, mediaya, reytinqə oynamaq çox asandır, əsas məsələ ifadə etdiyin fikirləri faktlarla, sübutlarla əsaslandırmaqdır. Bunlar yoxdursa, deməli, danışdıqların populizmdən başqa bir şey deyil və sən kütləyə, reytinqə oynayırsan. Bir-iki nəfərin mövqeyi xalqın mövqeyi deyil. Xalq öz hakimiyyətinin, iqtidarın arxasındadır. Çünki insanlar sabitlik istəyir, həmrəylik arzulayır. Aydındır ki, hazırda ölkədə iqtisadi və siyasi sabitlik kifayət qədər güclü şəkildə qorunur”.

Millət vəkili qeyd edib ki, xalq öz prezidentinə və hakimiyyətə inanır ki, sabitlik də təmin olunur:

Belə olan halda ortaya bir fikir çıxır ki, İlqar Məmmədov kimi siyasət yürüdən bəzi adamlar xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər. Müxalifətin apardığı siyasətin fiaskoya uğradığının dəfələrlə şahidi olmuşuq. Bunun nəticəsidir ki, onların xalq içərisində dayaqları yoxdur. Bu açıq-aşkar görünür. Ümumiyyətlə, xalq arasında müxalif düşərgəyə böyük inamsızlıq var. Əgər İlqar Məmmədov kimi mübarizə yolu seçmiş müxlifət təmsilçiləri bu cür davam edəcəklərsə, onların hər hansı nəticəyə nail olacaqlarına inanmıram. Hətta deyərdim ki, öz aralarında kompramisə belə gələ bilməyəcəklər”.

Qeyd edək ki. vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında təmsil olunan, müxalifətçi kimi görünmək istəyən İ.Məmmədov Qərb dairələrindən ciddi maliyyə dəstəyi alan şəxs kimi tanınır. Bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, təlimatlanması, həmçinin dünyaca məşhur maliyyə fırıldaqçısı Corc Sorosun təşkilatı ilə bağlılığı İ.Məmmədovun böyük məbləğdə qrantlar almasına hər zaman “yaşıl işıq” yandırıb. Bu şəxs 2006-cı ildən etibarən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri yerinə yetirən İ.Məmmədov keçirdiyi mətbuat konfransında Azərbaycan reallıqları barədə qeyri-obyektiv fikirlər səsləndirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018