Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İnflyasiyanın aşağı olacağı gözlənilir" - Elman Rüstəmov
Tarix: 07.09.2018 | Saat: 11:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Cari ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib, ilin ilk 7 ayında orta illik inflyasiya cəmi 2,8 faiz olub. Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənilir. Cari ilin altı ayında tədiyə balansının cari əməliyyatlar balansında ÜDM-in 16 faizi səviyyəsində profisit yaranıb.

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

“2014-cü ilin sonlarından başlayaraq xarici şok, neftin qiymətinin əhəmiyyətli şəkildə aşağı düşməsi makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdırdı. Həyata keçirilmiş makroiqtisadi manevr 2015-ci ildən başlayaraq ölkədə iqtisadiyyatın sabitləşməsinə imkan verdi. Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir”, - deyə E.Rüstəmov bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018