Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “bostançısı” - HƏFTƏ REYTİNQ
Tarix: 07.09.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Aleksandr Lukaşenko öz tarlasında kartof və qarpız yığdı. Bununla bağlı Lukaşenkonun rəsmi saytı məlumat yayıb. Məlumata görə, yayın quraq olmasına baxmayaraq, məhsul bol olub: yarım hektar ərazidən 60 ton kartof yığılıb. Qeyd edilib ki, Belarus lider yığılan kartofun bir hissəsini uşaq evlərinə və internatlara verəcək. Bundan başqa, Lukaşenko qarpız da yığıb. 1,6 hektar ərazidən 42 ton qarpız yığılıb. Yığımdan sonra Belarus prezidenti və köməkçiləri tarlada qarpızın dadına baxıblar.


Həftənin “6 yaşlı azərbaycanlı aktyoru”


Altıyaşlı azərbaycanlı model və aktyor İmran Çələbinin Rusiyada yayımlanan “Yolka 7” serialında rol alacağı bəlli oldu. Bu haqda Ramilə Çələbi “Instagram” hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib. İmran İvan Urqantın canlandırdığı “Boris Vorobyov”un oğlu rolunu oynayacaq.
Qeyd edək ki, serialın çəkilişləri hələ də davam edir. Onu da bildirək ki, İmran Çələbi valideynləri ilə Sank-Peterburqda yaşayır. O, indiyədək müxtəlif brendlərin reklam çəkilişlərində iştirak edib, dəfələrlə podiuma çıxıb.


Həftənin “ermənipərəst Azərbaycan qızı”


Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməniəsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoydu. Ruslana Gee şəxsi “İnstaqram” səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb: “Axır ki, Karina ilə real həyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər şey möhtəşəm keçdi...”
Bəzi izləyicilər onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib. Bu məsələnin qabardığını görən Ruslana hadisə ilə bağlı açıqlama verib. O, siyasi məsələlərin onların dostluğuna mane olmadığını bildirib: “Bizim adi fotomuzu bəzi şəxslər böyük problemə çevirdilər. Karina və mən siyasətə qarışmırıq, biz bloqerik. Eyni sahədə çalışırıq, təbii ki tez-tez qarşılaşacağıq. Üstəlik Karina çox yaxşı insandır, heç kimə pislik etməyib...”.


Həftənin “məscid oğrusu”


Sosial şəbəkələrdə məsciddən oğurluq edən şəxsin sakinlər tərəfindən yaxalanıb yol kənarındakı dəmirə bağlanılmasının görüntüləri yayıldı. Birinci videoda kişinin əlində nərdivanla təhlükəsizlik kamerasının önündən keçməsi əks olunub. Sosial şəbəkə istifadəçiləri yazır ki, hər iki video eyni məsciddə lentə alınıb: “Qolları bağlı şəxs və əlində nərdivan olan kişi eyni adamlardır”. İkinci videoda isə bir neçə insanın birinci görüntülərdəki şəxsə oxşar birisinin dirəyə bağladıqları görünür.


Həftənin “deputat qızı”


Rusiya Dövlət Dumasına Tatarıstan Respublikasından deputat seçilmiş Rinat Xayrovun qızı Yelsina Surrey qraflığının cənub hissəsində yerləşən elit malikanə satın aldı. Malikanənin qiyməti 22 milyon funtdur. Bu barədə "Daily Mail” qəzeti yazıb. Qəzetin yazdığına görə, Tatarıstanın sabiq maliyyə naziri, hazırkı deputat qızının aldığı daşınmaz əmlakın ərazisi 3 hektar təşkil edir. Malikanənin 10 yataq otağı, 15 vanna otağı, böyük hovuzu, spa-salonu, şərab anbarı, kinoteatrı, 6 avtomobil tutan qarajı və 1,2 hektarlıq bağçası var. Lakin bu deputat qızının satın aldığı tək bahalı daşınmaz əmlak deyil. Malikanənin alışından öncə Yelsina, Londonda 10 milyon funta mənzil alıb.
Deputat Rinat Xayrov isə onun qızının gəlirlərinə heç bir aidiyyətinin olmadığını, onun yetkin qadın kimi biznesmenlə ərdə olduğunu bildirib.


Həftənin “sadiq məşqçisi”


Futbol üzrə Avropa Liqasında çıxış edəcək klubların baş məşqçiləri ilə bağlı maraqlı statistika açıqlandı. Söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb. Belə ki o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdir. Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır. 2013-cü ildən Danimarkanın “Kopenhagen” klubuna rəhbərlik edən norveçli Stol Solbaken isə bu göstəricidə ikincidir.
Xatırladaq ki, Qurban Qurbanov 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən komandaların baş məşqçiləri arasında da bu göstəricidə lider idi.


Həftənin “ən böyük fəlakəti”


25 ilin ən böyük qasırğa fəlakətini yaşayan Yaponiyadan gələn fotoşəkillər insanlarda şok təsiri yaratdı. Fəlakətdə ən qeyri-adi fotolar ölkənin qərbindəki Kioto, Kobe, Nishinomiya və Osakada çəkilib. Kobedə saatdakı sürəti 200 kilometrə çatan qasırğa yüzlərlə avtomobili havaya uçurub. Osakada küçələr dəhşətli bir vəziyyətə düşüb. Yollarda qasırğanın təsirindən aşan maşınlarla doludur. Nishinomiyada isə qasırğa nəticəsində limandakı yük terminalında yanğın çıxıb. Dəniz yaxınlığındakı Kansai Beynəlxalq Aeroportu sular altında qalıb. Qasırğa bir gəmini hava limanına gedən yolun keçdiyi körpüyə sürükləməsi nəticəsində, körpü yerindən oynayıb. Körpü nəqliyyata bağlanıb. Gəmi isə tanınmaz hala düşüb. Havadan baxanda hava limanında eniş-qalxış zolaqları su kanallarına bənzəyir. Yüzlərlə sərnişin hava limanında çarəsiz vəziyyətdə qalıb.
Nishinomiyada qasırğanın sürüklədiyi gəmi quruya oturub. Jebi adlanan qasırğa nəticəsində ən azından 10 nəfər dünyasını dəyişib. Yapon hökuməti 50 min nəfər evlərini tərk etmə əmrini verib. Təxminən 2 milyon insan üçün isə təxliyə tövsiyəsi dərc olunub. Təyyarə reysləri ilə yanaşı, qatarın da hərəkəti dayandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018