Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentliyə əsas namizəd bıçaqlandı - GÜNÜN TƏZADLARI
Tarix: 07.09.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Keçirilən sorğuların nəticələrinə əsasən, Braziliyada prezidentliyə əsas namizəd hesab edilən Sosial-Liberal Partiyasının nümayəndəsi Jair Bolsonaru ciddi bıçaq yarası aldı. Hafta.az "Report"a istinadla xəbər verir ki, hücum dünən Braziliyanın Juis de Fora şəhərində onun mitinqdə çıxışı zamanı baş verib. J.Bolsonaru şok vəziyyətində və qarın nahiyəsinin içərisinə nüfuz edən bıçaq yarasının səbəb olduğu ağır qanaxma ilə xəstəxanaya gətirilib. Həkimlər əməliyyatdan sonra yaralının, azı, 10 gün xəstəxanada qalmalı olacağını qeyd edirlər. Onların fikrincə, prezidentliyə namizədin həyati təhlükəsi yoxdur.


Molla çaya atılaraq iki insanı xilas etdi


Dağıstanlı bir din xadimi çayda boğulan insanları xilas edərək, əsl insanlıq və fədakarlıq nümunəsi göstərdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, faciə respublikanın yüksək dağlıq ərazidə yerləşən Xunzax bölgəsindəki “Qotsatlinsk” SES-in yaxınlığında meydana gəlib. Üç nəfərdən ibarət ailənin getdiyi “Lada Kalina” markalı avtomobil uçurumdan yuvarlanaraq çaya düşüb. Bu zaman Buynaksk şəhərindən yas məclisindən qayıdan Şamil rayonun Kaxib kəndinin imamı Nurudin Nurudinov qarşısında gedən avtomobilin uçurumdan çaya düşdüyünü görən kimi, düşünmədən maşını saxlayıb və özünü çaya atıb. Öncə sahildən, təxminən, 30 metr məsafədə boğulmaqda olan qadını, sonra isə ərini xilas edib. Qadın 10 yaşlı oğullarının da onlarla bərabər olduğunu söyləyib. Təəssüf ki, artıq mollanın gücü tükəndiyindən nə avtomobili, nə də oğlanı tapa bilib. Xilas edilmiş insanları köməyə gələn digərləri xəstəxanaya çatdırıblar.
Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatlara görə, batan uşağın axtarışları hələ də davam edir. Qeyd edək ki, qəhrəmanlıq göstərmiş din xadimi Nurudin Nurudinov, eyni zamanda, Dağıstan İlahiyyat İnstitutunun müəllimidir.


Polis serjantı komandirini güllələdi


Qazaxıstanın qərbindəki Çapayeva qəsəbəsində polis serjantı öz komandirini güllələdi. Hafta.az-ın Modern.az-a istinadla verdiyi xəbərə görə, 1994-cü il təvəllüdlü polis serjantı 1986-cı il təvəllüdlü tağım komandirinə rayon bölməsinin ərazisində xidməti silahından atəş açıb. “Akçaik rayonu Çapayeva qəsəbəsində Daxili İşlər Nazirliyi şöbəsinin ərazisində 1994-cü il təvəllüdlü polis serjantı 1986-cı il təvəllüdlü tağım komandirinə xidməti silahından bir neçə dəfə atəş açıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə keçinib”, – polisdən bildirilib.
Hadisə ilə əlaqədar qəsdən adam öldürmə maddəsi ilə iş açılıb, istintaq aparılır.


Şəhər merinin və arvadının meyitləri tapıldı


Amerikanın Şimali Karolina ştatının kiçik Leqqett şəhərində polis əməkdaşları iki nəfərin itkin düşməsi ilə əlaqədar gəldikləri evdə iki nəfərin meyitini aşkar etdilər. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, meyitlər şəhər meri Hari Skelton və onun həyat yoldaşı Ceki Don Skeltona məxsus olub. Onların ölüm səbəbi və hadisə ilə bağlı şübhəlilərin adları açıqlanmır. Hadisənin bütün təfərrüatları sentyabrın 7-si səhər saatlarında keçiriləcək mətbuat konfransında açıqlanacaqdı.


Araqla işləyən mühərrik icad edildi


Rusiyada alimlər araqla çalışan mühərrik hazırladılar. Hafta.az Musavat.coma-a istinadla xəbər verir ki, Samara Milli Araşdırma Universitetinin mütəxəssislərinin hazırladığı mühərrik nano-peyklər üçün nəzərdə tutulub. Mühərrikin çəkisi 1,55 kiloqramdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018