Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Astanada Əfqanıstan qadınların hüquq və imkanların genişləndirilməsinə dair konfrans keçirilib
Tarix: 08.09.2018 | Saat: 10:21:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstan paytaxtı Astanada “Əfqanıstanda qadınların hüquqların və imkanların genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

Qazaxıstanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, Azərbaycandan bu konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edib.

Tədbirdə Qazaxıstan dövlət katibi Gülşara Abdıkalikova tərəfindən ölkə prezidenti Nursultan Nazarbayevin təbrik məktubu oxunulub. Məktubda konfransın aktuallığı və qadınların müasir dünyada xüsusi rolu qeyd olunub.

Konfransın sessiyalarında əfqanıstanlı qadınların imkanların genişləndirilməsi vasitəsilə dayanıqlı iqtisadi inkişafa nail olması, əfqanıstanlı qadınların işgüzar fəallığın artırılması, regionaı əməkdaşlıq, Əfqanıstanda qadınların imkanların genişləndirilməsində təhsilin və yeni biliklərin rolu və s. mövzular müzakirə olunub.

Yekunda tədbirdə müzakirə olunan və Əfqanıstanın sosial və iqtisadi inkişafına, vəziyyətin stabilləşməsinə yönələn təşəbbüsləri əks etdirən “Əfqanıstanda qadınların hüquqların və imkanların genişləndirilməsi barədə Astana bəyannaməsi" qəbul olunub.

Eyni zamanda, tədbirdə Qazaxıstan hökuməti tərəfindən əfqanıstan qadınlar üçün 2019-2020-ci illər üzrə əlavə 50 milyon dollar məbləğində təqaüdlərin ayrılması qərara gəlinib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018