Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aptekdən güclü təsiredici xüsusiyyətə malik və psixotrop dərmanlar götürülüb
Tarix: 08.09.2018 | Saat: 12:42:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Gəncə şəhəri ərazisindəki bir neçə aptekdən güclü təsiredici xüsusiyyətə malik və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb.

Hafta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilərək götürülüb.

DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018
“Uşaqların, azyaşlıların zəncirvurma mərasimlərinə aparılması cinayət məsuliyyətidir” – Fazil Mustafa
Azərbaycan əhalisinin sayı açıqlandı
“15 sentyabrda hərbi parad keçirmək təşəbbüsünü alqışlayıram” – Fazil Mustafa
“15 sentyabrda keçiriləcək hərbi parad düşmənə qələbə mesajıdır” – Arzu Nağıyev
“Paşinyanın bəyanatları onun növbəti sərsəmləməsidir” – Azər Badamov
Azərbaycanda kartof istehsalı tələbatı iki dəfə üstələyir - Nazir
Sabah hava - PROQNOZU
Heydər Əliyev Fondundan aztəminatlı ailələrə məktəb ləvazimatları HƏDİYYƏSİ
Azercell-dən GəncOL 8 tarif paketinə qoşulan abunəçilərə HƏDİYYƏ İNTERNET
Azərbaycan Prezidenti Çexiyanın sənaye və ticarət nazirini qəbul edib - FOTO