Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni dərs ili öncəsi məktəbli bazarı - REPORTAJ
Tarix: 11.09.2018 | Saat: 11:22:00
Bölmə:Reportaj | çapa göndər

Yeni dərs ilinin başlanmasına 4 gün qalır. Məktəblilərin həyəcanla gözlədiyi yeni dərs ilini elə valideynlər də həyəcanla qarşılayır. Bu “ikibaşlı” həyəcanın bir başı övladlarının sevincinə şərik olmaqdırsa, digəri məktəbli ləvazimatları satılan bazarlardakı vəziyyətdir.

Hafta.az-ın əməkdaşı bazarlarda vahid məktəbli geyimlərinin, dəftər-qələm və bu kimi ləvazimatların qiymətlərini öyrənmək üçün “Sədərək” və “Binə” ticarət mərkəzinə baş çəkib. Yeni dərs ilinə 4 gün qalmış bir şagirdin əyin-başının neçəyə başa gəldiyini, çantasının içinin neçə manata dolduğunu öyrənməyə çalışıb.

Bir məktəblini geyindirmək neçəyə başa gəlir?

Bazarlarda Bakı Tikiş Evinin (BTE) istehsal etdiyi vahid məktəbli formalarının qiymətləri ilə maraqlandıq. Satıcılar bildirdilər ki, bazarlara çıxarılan geyimlər üç qrupa bölünür. Birincisi, ibtidai siniflər üçün nəzərdə tutulan formalardır. Bu formaların qiyməti isə standart deyil. Yəni, ibtidai siniflərin formalarının satış qiyməti 35-36 manat arasında dəyişir. Bunlar da əsasən 26-44 ölçülü məktəbli formalarıdır.

5-ci və 6-cı siniflər üçün nəzərdə tutulan malın qiyməti 40-45 manat arasında dəyişir. Satıcılar şəhərlərdə qiymətin 50 manata qədər yüksəldiyini də iddia edirlər. Səbəb kimi, “Sədərək” və “Binə” bazarlarında formaların topdan alındığı, məhz buna görə ucuz olması göstərilir. Şəhərdəki dükan və mağazalar isə formaları məhz bu bazarlardan alırlar, ona görə də qiymətlərdə bu cür fərq yaranır. 7-9-cu siniflər üçün məktəbli formalarının qiyməti 60-75 manat arasında dəyişir. Qiymət dəyişkənliyini isə formanın ölçüsü müəyyənləşdirir. 10-11-ci sinif üçün nəzərdə tutulmuş vahid məktəbli formalarının qiyməti isə 85-100 manat arasındadır. Hətta, bəzi yerlərdə satıcılar çantanı, qalstuku da eyni şəxsdən alanda endirim etdirlər. Alverçilər belə deyir. Bu hələ son deyil, qalstuk və standart ağ köynəklər az qala yadımızdan çıxmışdı. Üzərində Üçrəngli Bayrağımız həkk olunan qalstukların qiyməti ibtidai siniflər üçün 1, 5-7-ci siniflər üçün 3-4, yuxarı sinif şagirdləri üçün 5-7 manata başa gəlir. Təbii ki, siniflər arası qruplaşdırmalarda qalstukların ölçüsü və rəngləri də fərqləndirilib. İbtidai sinif şagirdlərinin köynməkləri 8-18 manat arasında dəyişir. Bu da məhsulların yerli və ya xarici istehsal olmasına görə müəyyənləşir. Yerli istehsal olan köynəklərin qiyməti təxminən iki dəfə ucuz başa gəlir. 5-7-ci siniflər üçün köynəklərin qiyməti 15-25 manat arasındadır. Yuxarı sinif şagirdləri üçün köynəklər də 18-20 manatdan başlayır. 

Bəs məktəbli çantaları?

“Sədərək” və “Binə” ticarət mərkəzlərində məktəbli çantaları əsasən Çin, Türkiyə və Rusiyadan gətirilir. İbtiadi siniflərin çantaları 10 manatdan başlayır. Bu çantalar Çin istehsalı olmaqla yanaşı, həm də keyfiyyətsizliyi ilə seçilir. Bunu mən yox, satıcılar deyir. Hətta Oktay adlı satıcı bildirir ki, Çin istehsalı olan çantaların bəziləri ibtidai sinif şagirdinin daşıdığı dəftər-kitabı daşımaq gücündə olmur. Alıcılar isə daha çox diyircəkli təkərləri olan çantalara üstünlük verir. Orta və yuxarı sinif şagirdlərinin daşıdığı çantalar isə 15-50 manat arasında dəyişir. Sadəliyi və keyfiyyəti ilə seçilən Rusiya istehsalı olan çantaların qiyməti isə 20 manatdan 60-70 manata qədərdir. Hətta bəzi satıcılar məktəbli çantalarının tərkibində olan su termosunu ayrıca satır. Alıcılar isə bundan şikayətlənirdilər. Termosların qiyməti isə 3-4 manatdan başlayır.

Gələk “xırda ləvazimatlar”a..

"Sədərək" ticarət mərkəzində valideynlərin və satıcıların “xırda ləvazimatlar” adlandırdığı dəftər və qələmlərin qiymətləri də standart deyil. Belə ki, sadə qələm 0,20-0,80, rəngli qələm 1,50-12, xətkeş 0,50-1,50, yapışqan 0,30-1, plastilin 1-5, sadə qələm 0,15-0,30, sulu boya 1,20- 5,30, gündəlik 1,50-3 manata satılır. Dəftərlərin qiymətləri isə belədir: 12 vərəqli 0,30, 40 vərəqli 0,60, 50 vərəqli 0,80, 80 vərəqli 1, 100 vərəqli isə 1,20 —1,50 manatdır. Beləliklə, bir məktəblinin orta hesabla geyindirilib ləvazimatla təmin edib ilk dərs gününə yola salınması ibtidai siniflərdə 150, orta siniflərdə 200-230, yuxarı siniflərdə isə 200-300 manata başa gəlir.

Bizə isə şagirdlərə təzə dərs ilində yeni-yeni müvəffəqiyyətlər arzulamaq qalır. Çantalarındakıların beyinlərinizə hopdurmaq diləyi ilə, əziz şagirdlər...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018
“Hərbi parad Türkiyə ilə qardaşlıq münasibətlərimizi bir daha isbatladı” – Elnur Soltanov
"Veysəloğlu” şirkətlər qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi
Çexiyanın Azərbaycandakı səfiri BDU-da olub
Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb
Nazirlik baş həkimi prokurorluğa verdi
Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
Şəmkirdə “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı növbəti tədbir keçirilib
Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil - Əli Həsənov
Azərbaycanı "Junior Eurovision-2018"də təmsil edəcək ifaçının adı açıqlanıb
TPL-də V turun oyun cədvəli müəyyənləşib