Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Tarix: 11.09.2018 | Saat: 17:47:00
Bölmə:Sosial | çapa göndər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Hafta.az-ın verdiyi məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib.

Məcburi köçkünlər mənzil, kommunal xidmətlər, statusun verilməsi, məşğulluq və digər problemlərlə əlaqədar müraciət edib. Onlar fərdi qaydada qəbul edilib, problemləri dinlənilib. Müraciət edilən məsələlərlə əlaqədar onlara geniş izahat verilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş aparır. Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın bu sahədəki mühüm və təxirəsalınmaz layihələrin icrasını daim diqqətdə saxladığı qeyd edilib. Qəbulda iştirak edən məcburi köçkünlərin ərizələri aidiyyatı şöbələrin nümayəndələri tərəfindən qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılacağı və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018