Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni Azərbaycan siyasətçisinin dəvəti ilə Bakıya qonaq gəldi - GÜNÜN TƏZADLARI
Tarix: 11.09.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan bu günlərdə Azərbaycanda oldu. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, Georgi Vanyanın Azərbaycana səfəri geniş işıqlandırılmayıb və informasiya məkanında rezonans doğurmaması da bununla bağlıdır. Azərbaycana səfərinin yekunları ilə bağlı Georgi Vanyan “Erməni Azərbaycanda: olmayan divarlar barədə” məqaləsini dərc edib. Virtualaz.org həmin məqalənin maraqlı hissələrini oxuculara çatdırıb.

Erməni hüquq müdafiəçisi Azərbaycana dostu Zərdüşt Əlizadənin dəvəti ilə onu ziyarət etmək üçün gəldiyini və buradan Azərbaycanla-Ermənistan arasında, artıq həqiqi sülh prosesinin başladılması gərəkliyi haqqında çağırış etmək istədiyini bildirib.


Mollalar məscidlərdə pop-ulduzların konsertinə bilet satdı


Tacikistanın Vəhdət şəhərinin məscidlərində pop-ulduzların konsertinə bilet satııldığı bəlli oldu. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun tacik redaksiyası (“Ozodi”) məlumat yayıb. Şəhər rəhbərliyi hökumət qulluqçuları, müəllimlər, həkimlər kimi mollaları da sentyabrın 11-də, yəni İslam təqvimi ilə Məhərrəm ayının 1-də axşam stadionda baş tutacaq Tacikistan və Özbəkistan pop-ulduzlarının konsertinə bilet satışı aparmağa məcbur etməyi qərara alıblar. Adlarının çəkilməsini istəməyən bəzi imamlar İslam ibadətgahı üçün təhqir hesab edilən bu rəzil addımı icra etməkdən üz döndəriblər. Digər məscidlərdə isə bir neçə gündür ki, konsertə bilet alınması üçün əməlli-başlı növbələr yaranıb...


Çimərlikdəki insanlara atəş açıldı


Fələstinin Qəzza sektorundakı çimərlikdə yerli sakinlərin İsrailin yaratdığı blokada şəraitinə qarşı nümayişi İsrail hərbçilərinin atəşi ilə qarşılaşdı. Hafta.az xarici İslam saytlarına istinadla yazır ki, bu haqda “Asoşeyted-Pres”(”Associated Press”) agentliyi xəbər yayıb.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, faciəvi olay zamanı, ən azı, 10 müsəlman nümayişçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yəhudi hərbçiləri isə dinc etirazçılara atəş açılmasının səbəbini, guya onlar tərəfindən partlayıcı maddələr atılması ilə izah ediblər.


İngilis təyyarədə kokainlə araq içib öldü


Mançesterdən İbiza şəhərinə uçan təyyarədə gözlənilməz hadisə baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, sərnişinlərdən biri, Böyük Britaniya vətəndaşı yüksək dozada narkotik qəbul etdiyindən ölüb. Olay şahidləri bildiriblər ki, narkotik qəbul etdikdən sonra o, araq da içib və nəticədə halı pisləşib. İki qadın kişiyə ilkin tibbi yardım göstərsə də, bunun xeyri olmayıb. Sərnişinlər deyiblər ki, ölən şəxs bələdçilərin narkotiki görəcəyindən qorxaraq üzərində olan kokaini bir dəfəyə qəbul edib. İnsidentlə əlaqədar təyyarənin pilotları istiqaməti dəyişməli olublar. Nəticədə, təyyarə Tuluza şəhərinin aeroportuna enməli olub.


Qadınla səhər yeməyi yediyinə görə yaxalandı


Səudiyyə Ərəbistanında misirli mühacir qadınla səhər yeməyi yediyinə görə saxlanıldı. Hafta.az yazır ki, Trend-in məlumatına görə, onun həmkarı ilə səhər yeməyi yeməsi videosu sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub. Polisin apardığı araşdırma nəticəsində həmin mühacirin hotellərin birində işlədiyi məlum olub. Səudiyyə Ərəbistanı qanunvericiliyinə əsasən mühacirlərə hotel sahəsində işləmək qadağan olunur. Həmin şəxsə qarşı bir neçə ittiham irəli sürülüb.


İranlılar Şekspirə görə həbs edildi


İranda Uilyam Şekspirin “Yay gecəsi yuxu” pyesinin səhnələşdirilməsi səbəbindən iki teatr əməkdaşı həbs edildi. Hafta.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı “Associated Press” məlumat yayıb. Tamaşanın rejissoru Mariam Kazemi və menecer Səid Assadi sentyabrın 9-u saxlanılıb. Daha sonra onlar 24 min dollar qarşılığında azadlığa buraxılıb.
Onlar sosial şəbəkədə tamaşanın görüntülərinin yayılmasından sonra həbs olunublar. Kadrlarda kişilərlə birgə qadınların rəqs etməsi əks olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018