Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BANM-da xanım tələbələrin sayı artır
Tarix: 12.09.2018 | Saat: 10:23:00
Bölmə:Sosial | çapa göndər

 

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get gedə artır.

BANM-dan hafta.az-a verilən məlumata görə, Ali Məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-a 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub.

Cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasla da xanımlarım marağını çəkə bilib.

Belə ki, bu il ilk dəfə tədris olunacağına baxmayaraq “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-da tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si – Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.

Bu il BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına 12, “Kimya mühəndisliyi” ixtisasına 20, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına isə 15 nəfər xanım tələbə daxil olub.

“Biz sevinirik ki, BANM olaraq xanımlarda mühəndisliyə sevgi yarada bilmişirik. BANM-ı bitirən xanım mühəndislərin hər birinin uğuru göz qabağındadır. Əminəm ki, məzunlarımızın BANM-ı bitirdikdən sonra karyeralarında əldə etdiyi uğurlar abituriyentlərin seçiminə öz təsirini etmiş olur”, – deyə BANM-ın rektoru Elmar Qasımov bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018