Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyanın mövqeyi gələcəkdə Ermənistanı böyük problemlər qarşısında qoyacaq” – Tofiq Zülfüqarov
Tarix: 12.09.2018 | Saat: 11:12:00
Bölmə:Siyasət | çapa göndər

“Rusiya səfəri bir daha onu göstərdi ki, Nikol Paşinyan çox təcrübəsiz siyasətçidir. Çünki hər bir siyasətçi xarici səfər edərkən, öz mövqeyini bəyan etmək və qarşı tərəfin mövqeyini eşidib, onu təhlil etmək kimi qarşısına iki məqsəd qoyur. Paşinyan Moskvaya gedəndə öz mövqeyini bəyan etdi və ona tövsiyə olunan məsələləri, Rusiyanın mövqeyini nəzərə almadı”.

Bunu hafta.az-ın sorğusuna cavab olaraq keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Tofiq Zülfüqarovun sözlərinə görə, bu qeyri-professional yanaşmadır:

“Söhbət ondan getmir ki, hər bir siyasətçi qarşı tərəfin mövqeyinin təsirinə düşsün. Kiçik ölkələr üçün çox vacibdir ki, bölgədə olan nüfuzlu dövlətlərin mövqeyini diqqətlə analiz etsin və öz siyasətində nəzərə alsın. Görünür, Nikol Paşinyan bu məntiqdən uzaqdır. İstisna etmirəm ki, Paşinyanın mövqeyi gələcəkdə Ermənistanı böyük problemlər qarşısında qoyacaq”.

Tofiq Zülfüqarov bildirib ki, Nikol Paşinyan siyasətə meydandan gəlib. Onun xarici səfərlərdə məqsədi meydanda verdiyi bəyanatları təkrarlamaqdır:

“Guya ki, xalqın dəstəyi ilə belə bəyanatları təkrarlayır. Bu cür yanaşma real siyasətdən uzaqdır. Qarabağla bağlı bəyanatı da reallığı əks etdirmir. Çünki real siyasət ondan ibarətdir ki, siyasətçi real imkanları əsas götürür. Cəmiyyətə və ölkəyə hansısa təklifləri verir. Hesab etmirəm ki, Paşinyan meydan bəyanatlarını təkrarlamaqla hansısa uğura nail olacaq. Ermənistanın danışıqlardan uzaq olması, ona ciddi şəkildə yanaşmaması Azərbaycan ictimaiyyəti, rəhbərliyi üçün heç də yeni məlumat deyil. Hesab edirəm ki, bizim siyasətimiz çoxdan bu həqiqəti dərk etmə əsasında qurulub.”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018