Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyan təlaş içindədir” – Fikrət Yusifov
Tarix: 12.09.2018 | Saat: 12:14:00
Bölmə:Siyasət | çapa göndər

“Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı bir-birinin ardınca sərsəm bəyanatlar verməkdədir. Biz bu adamın durumunu yaxşı başa düşürük. O, təlaş içindədir. Bu səbəbdən də özünü sahibini itirmiş və ya itirməkdə olan bir köpək kimi aparır”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. Fikrət Yusifovun sözlərinə görə, Paşinyanın bu cür sərsəm bəyanatlarının qarşısını almağın yeganə yolu, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə növbəti hərbi dərs keçməkdən, irimiqyaslı hərbi əməliyyatlara başlamaqdan keçir:

“Erməni qan görəndə qorxur. Bu bizim atalar sözümüzdü. Atalarımız, babalarımız tarix boyu dəfələrlə bunun belə olduğunu gözləri ilə görüblər. Ona görə də onlara qan göstərmək lazımdır. Əks halda qaya kölgəsində yatan və onu öz kölgəsi bilən bu həyasız köpəklər Kəlbəcərin isti suyundan içib, Laçından Xankəndinə yeni yol çəkəcək. Zəngilanda kilsə, Qubadlıda məktəb, Şuşada yaşayış evləri tikdirib bunu da sosial şəbəkələr vasitəsilə bizə göstərəcəklər. Erməni Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər ərazilərimizdə bir dəqiqə də olsun rahat yaşamamalıdır. O yadından çıxarmamalıdır ki, bu torpaqlar onun deyil, o bu torpaqlarda müvəqqəti yaşayır. O hər an ölümlə üzləşə biləcəyi bir dərdlə üz-üzə qalmalıdır”.

Fikrət Yusifovun sözlərinə görə, bu rahatsızlığı onlara biz bəxş etməliyik. Biz bunu müharibə yaşamış ölkələrin keçdiyi sınanmış bir yolla etməliyik . Bu partizan hərəkatıdır. Bunu bizə heç kim qadağan edə bilməz:

“Dağlıq Qarabağ probleminin həlli mütləq böyük müharibədən keçəcək. Çünki tarixdə sülh yolu ilə torpaq qaytarılması təcrübəsi demək olar ki, olmayıb. Donuzu pəyədən yalnız dəyənəklə çıxarmaq mümkündür. Böyük müharibənin başlayacağı uyğun məqama qədər biz işğal altında olan torpaqlarımızda yaşayan ermənilərə rahat yaşam şəraiti verməməliyik. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, nə qədər qəhrəman, cəsur oğullarımız var. Aprel döyüşləri zamanı ölkəmizin daxilində və xaricində minlərlə azərbaycanlı Ali Baş komandanın bir əmri ilə silaha sarılmağa hazır olduğunu bəyan etdi. Bu ruh yüksəkliyi bizim qələbəmizin təməl daşıdır. Ondan istifadə etmək lazımdır. Bu gün vətəni sevən oğullar bir çağrışa bəndirlər. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, bu hərəkata qoşulanların və onların ailə üzvlərinin zəruri hesab edilən bütün ehtiyacları təmin edilsin”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018