Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“15 sentyabrda keçiriləcək hərbi parad düşmənə qələbə mesajıdır” – Arzu Nağıyev
Tarix: 12.09.2018 | Saat: 14:12:00
Bölmə:Gündəm | çapa göndər

“Düşünürəm ki, cümhuriyyətin 100 illiyi ilə bağlı verilən sərəncamın davamı olaraq məhz belə bir paradın keçirilməsinin özü təqdirəlayiq bir haldır. Çünki bir daha öz keçmişinə qayıtmaq, tarixi vərəqləmək və 100 il əvvəl qazanılmış həmin qələbəni gələcək genefonda daşımaq, xalqa göstərməyin özü çox müsbət hal kimi dəyərləndirilməlidir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günə kimi Azərbaycan xalqı sanki qələbə üçün darıxıb:

“2016-cı ilin aprel hadisələri də bunu bir daha göstərdi. Həmin döyüşlər göstərdi ki, Azərbaycan xalqı qələbəyə layiqdir. Buna görə də belə bir paradın keçirilməsi, tarixə nəzər salınması insanlarda ruh yüksəkliyi formalaşdıracaq. Bundan başqa, məhz həmin gün Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərə gəlməsi bir daha dövlətlərimiz arasında ümumi maraqdan öncə tərəfdaşlıq, dostluq əlaqələrinin olmasına işarədir”.

Politoloqun fikrincə bütün bunlar müsbət hal kimi dəyərləndirilməlidir: “Düşünürəm ki, mütəmadi olaraq tarixi qələbə salnamələrimiz Azərbaycan xalqına çatdırılmalıdır. 15 sentyabr hərbi paradı zamanı Azərbaycan xalqının bütün müsbət keyfiyyətlərinin aşılanacağını düşünürəm. Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar təşkil olunacaq 15 sentyabr hərbi paradı bizi həm regional, həm də qlobal formada dəstəkləyən və dəstəkləməyənlərə bir mesajdır. Düşmənlərə göz dağı və qələbə mesajı, dostlar üçün sevinc payıdır”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 16 may 2017-ci il tarixində milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam verib. Həmin sərəncamın tərkib hissəsi kimi bu il sentyabrın 15-də Bakının daşna-bolşevik qüvvələrinin işğaldan azad edilməsinin 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018