Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyanın bəyanatları onun növbəti sərsəmləməsidir” – Azər Badamov
Tarix: 12.09.2018 | Saat: 13:58:00
Bölmə:Siyasət | çapa göndər

“Nikol Paşinyanın Rusiya səfəri çox uğursuz alındı. Orada Paşinyana sərgilənən münasibət bir hökümət rəhbərinə sərgilənən münasibətdən qat-qat uzaq idi. Paşinyan siyasətə küçədən gəlmiş təcrübəsiz küçə adamıdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə Paşinyan hakimiyyətə gələn zaman oxşar sərsəm bəyanatları Sarkisyan rejimi də vermişdi. İndi də Paşinyan bu yola əl atıb:

“O, bu cür sərsəm bəyanatlarla üzdə qalmaq istəyir. Yəni, bu gün Paşinyanın gələcək siyasi taleyi təhlükə altına düşüb. Onun bundan sonra hakimiyyətdə qalıb-qalmama məsələsi gündəmə gəlir. Belə olan halda da Ermənistanın hazırkı baş naziri yeganə çıxış yolunu Qarabağa getməkdə, oradan sərsəm bəyanatlar verməkdə görür. Paşinyan işğal olunmuş ərazilərimizi Ermənistana birləşdirməklə bağlı sərsəm bəyanatlar verməklə siyasətdə qalmaq istəyir. Hamıya məlumdur ki, Dağlıq Qarabağ məsələsi Ermənistanda həssas məsələdir. Hətta bir neçə dəfə Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı məsələlər ortaya atılaraq çevrilişlər edilib. Bu gün Ermənistanda sosial iqtisadi böhran dərinləşib. Üstəlik keçmiş prezident Serj Sarkisyanın hakimiyyətə qayıtmaq təhlükəsi yaranıb”.

Millət vəkilinin fikrincə, ona görə də Nikol Paşinyan bu cür sərsəm bəyanatlar verməklə Ermənistan cəmiyyətində özünü sığortalamağa çalışır:

“Onun bu bəyanatları, sərsəmləmələri daxili siyasətə hesablanıb. Bu o demək deyil ki, Paşinyan Dağlıq Qarabağı və işğal olunmuş ətraf rayonları özünə birləşdirə biləcək. Bu fikirlər reallığa uyğun olmamamaqla yanaşı sərsəm bəyanatlardır. Çünki Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən dəstəklənir. Əgər ermənilər Dağlıq Qarabağ və ətraf 7 rayonu özünə birləşdirsəydilər bu günə qədər həmin məsələni həll etmiş olardılar. Biz bilirik ki, 90-cı illərdən indiyə kimi uzun bir tarixi dövr keçib. Vəziyyət münaqişəli olaraq qalır. Eyni zamanda, bu münaqişəli vəziyyət günü-gündən Ermənistanın iflasına aparır. Əgər Nikol Paşinyanın rahatlıqla səsləndirdiyi sərsəmləmələr reallığa söykənsəydi bu məsələ çoxdan öz “həllini” tapmışdı. Təbii ki, bu belə deyil. Dağlıq Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir. Dünya ictimaiyyəti də bunu belə qəbul edib”.

Millət vəkilinin sözlərinə görə, əgər işğalçı ölkənin baş naziri bu bəyanatları reallaşdırmağa cəhd edərsə Azərbaycan Ordusu qısa müddət ərzində öz gücünə arxalanaraq ərazilərimizi işğaldan azad edəcək:

“Azərbaycan hazırkı vəziyyətdə sülh danışıqlarına üstünlük verir. Ermənistan tərəfi qeyri-adekvat addımlar atmağa cəhd etsə, ordumuz onlara öz gücünü göstərəcək. Aprel hadisələri zamanı biz bunun şahidi olduq. Eyni zamanda, Naxçıvan istiqamətində aparılan hərbi əməliyyatlar zamanı da biz bunu aydın şəkildə müşahidə etdik. Biz qısa zaman kəsiyində öz torpaqlarımızı işğaldan azad etmək iqtidarındayıq. Əgər bu gün Azərbaycan Ordusu hərəkətə keçərsə, bu ermənilərin məhvi deməkdir. Belə olan təqdirdə onların qanları çox töküləcək. Ermənistanın daşı daş üstündə qalmayacaq. Əgər Paşinyanın bəyanatlarını reallığa çevirmək cəhdləri etsə, bu iqtidarda olsa, o saat ordumuz öz vəzifəsini, Ali baş komandanın tapşırığını yerinə yetirəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018