Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KXDR-ə nüvə ölkələrinin iştirakı ilə beynəlxalq zəmanət lazımdır - Putin
Tarix: 12.09.2018 | Saat: 16:12:00
Bölmə:Dünya | çapa göndər

Şimali Koreya təhlükəsizlik barədə vədlərə inanmalı deyil və bu məsələdə nüvə ölkələrinin iştirakı ilə beynəlxalq zəmanət lazımdır.

Rusiya Prezidenti Vladimir Putin bu fikri Şərq İqtisadi Forumunda səsləndirib.

“Şimali Koreyadan hər şey tələb olunur, əks tərəf isə heç bir addım atmır. Şimali Koreya bunun onlar üçün yaxşı olacağı barədə boş vədlərə inanmalıdır. Mənə elə gəlir ki, belə cəhdlər məhsuldar olmayacaq. Bunun üçün beynəlxalq zəmanət lazımdır”, - deyə Rusiya prezidenti “Uzaq Şərq: imkan sərhədlərini genişləndirməklə” mövzusuna həsr olunmuş plenar iclasda qeyd edib.

Vladimir Putin, həmçinin altıtərəfli danışıqlar kimi formatın mövcudluğunu xatırladaraq deyib: “Beynəlxalq ictimaiyyət bu cür zəmanətlər verə, o cümlədən bu sazişlərdə nüvə dövlətlərinin iştirakını təmin edə bilər. Rusiya bu danışıqların iştirakçısıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018