Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
XİN rəhbərləri bu ay Nyu Yorkda görüşə bilərlər
Tarix: 12.09.2018 | Saat: 17:37:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu Yorkda baş tuta bilər. Bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
"Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik". Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: "Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir: “Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018