Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xarici bazara açılan qapı - Azərbaycan ticarət evləri
Tarix: 12.09.2018 | Saat: 18:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Pərviz Heydərov: “Bu istiqamətdə görülən işlər müvafiq biznes strukturları və subyektlərinin də öz məhsulları ilə xaricə çıxma imkanlarını asanlaşdırır”

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas hədəflərdən sayılır. Qeyd edək ki, hazırda dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir.

Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun inkişafıdır və islahatların uğurlu icrası sayəsində ciddi dönüş əldə edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub. Konkret olaraq makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının davam etdirilməsi sahəsində uğurlar əldə edilib.

Eyni zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir. Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir. Bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib. Nazirlikdən bildirilib ki, ticarət nümayəndələrinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və həmin ölkələrin investisiyalarının cəlb olunmasında önəmli rol oynayacaq. Paralel olaraq xarici ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması istiqamətində çiddi şəkildə iş aparılır.

Artıq Belarusda "Azərbaycan Ticarət Evi" yaradılıb. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Ümumilikdə Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq məqsədilə Aİ və MDB ölkələrinin bəzi paytaxtlarında ticarət evləri açmağı planlaşdırır. Bundan başqa, Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində də müvafiq işlər görülür. Nazirlikdən onu da bildiriblər ki, Prezident İlham Əliyev Azərbaycanın xaricdə logistik mərkəzlərin yaradılması məsələsini də vəzifə olaraq qarşıya qoyub. Bununla əlaqədar Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov da deyib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ölkə xaricində “Made in Azerbaijan” yerli markasının təşviq edilməsi üçün tədbirlər davam etdirilir: “İlin sonunadək daha beş Ticarət Evinin açılmalıdır. Birləşmiş Ərəb Əmirliklərində, Çində, Polşada, Qazaxıstan və Rusiyada Ticarət Evləri və Şərab Evləri açılmalıdır. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Belarusda açılıb. Bütün bunlar, Prezidentin xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanına əsasən həyata keçirilir”.
Ekspert Azərbaycanın post-neft dövrünü yaşadığını xatırladaraq vurğulayıb ki, ölkəmizin iqtisadiyyatının yeni ixrac imkanları araşdırılır: “Bu sahədə mövcud olan potensialdan tam istifadə edilməyə başlanıb. Çünki hər hansı bir ölkə kənardan nəsə alıb-satmasa, yaşaya bilməz. Azərbaycanda çox böyük ixrac potensialı vardır. Lakin bunu reallaşdırmaq lazımdır. Bu və ya digər sahədə istehsal imkanlarının yaradılması məsələnin birinci şərtidir. Həmin istehsalın nəticələrinin realizasiyası istiqamətində ciddi addımlar atılmalıdır. Məhsullarımız təbliğ olunmalı, reklam edilməli, bazarlarda daha rahat şəkildə satılmalıdır. Bu mənada, ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin yaradılması işi çox vacib xarakter daşımaqdadır. Bir sıra məhsullarımız kənarda çox məşhurdur. Lakin bir var ki, bu məhsulları istehsal edən tərəf sözügedən bazara çıxmaq üçün bütün məsələləri necə deyərlər, təkbaşına həll etsin, bir də var, hökumətdən asılı olan məsələlər bəri başdan həll olunmuş sayılsın”.

P.Heydərovun sözlərinə görə, xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması üçün səfirlik və konsulluqlarımızda ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi olduqca əhəmiyyətlidir.
Ekspert deyib ki, ticarət nümayəndəsinin təyin olunduğu ölkədə işi, həmin yerlə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, mallarımızın və xidmətlərimizin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görməkdən ibarətdir: “Bu, ölkəmizdə müvafiq biznes strukturları və subyektlərinin də öz məhsulları ilə xaricə çıxmaqları işini asanlaşdıracaq. Qalır, onların keyfiyyətli məhsul istehsal etmələri məsələsi”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018