Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ Nikol Paşinyanın bu cür bəyanatları onun zəifliyindən qaynaqlanır” – Səməd Seyidov
Tarix: 13.09.2018 | Saat: 11:13:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı səsləndirdiyi fikirlərə diqqət çəkib. Görüşdə vurğulanan fikirlərdən doğan nəticə odur ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid dolu bəyanatlar səsləndirməsi populist xarakterlidir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir. 

Üstəlik, onun “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” kimi sərsəm bəyanatı bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa yönəlib. Nikol Paşinyanın həmin sərsəm bəyanatından doğan yalnız bir nəticə var, danışıqlar prosesinə vurulan zərbənin məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov hafta.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın bu cür bəyanatları onun zəifliyindən qaynaqlanır. Onun sözlərinə görə, Paşinyanın bu cür sərsəm bəyanatlar səsləndirməsinin bir səbəbi də onun apardığı “siyasətin” uğursuzluğundan irəli gəlir.

“Birincisi, Ermənistanın baş nazirinin səsləndirdiyi fikirlər beynəlxalq qanunlara, danışıqlar prosesinə, tamamilə ziddir. Ümumiyyətlə, dünyada bu kimi bəyanatları ciddi qəbul etmirlər. Ermənistan danışıqlar prosesinin içindədir. Paşinyanın bu cür bəyanatlar səsləndirməsi danışıqlar prosesinə güclü zərbə vurur. Təhdid altında qoyur. Danışıqlar prosesinə ciddi təsir edir. İkincisi, bu bəyanatlar Ermənistanın danışıqlar prosesində ciddi ölkə kimi iştirakını sual altında qoyur.Üçüncüsü, Nikol Paşinyanı qeyri-ciddi siyasətçi kimi təqdim edir. Dördüncüsü, bu bəyanatla Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi məsələsi tam məsuliyyətlə Ermənistanın üzərinə qoyulur. Nəhayət, beşincisi, beynəlxalq təşkilatlarda Azərbaycana imkanlar yaradır ki, Ermənistanın apardığı siyasəti ifşa edək. Eyni zamanda, dünyaya özünü islahatçı, demokrat göstərmək istəyən şəxsin əsl mahiyyətini, iç üzünü açaq. Onun danışıqlar prosesinə zərbə vurub Ermənistanın tamamilə Avropa dəyərlərindən kənar istiqamətə sürükləyən bir diktator kimi təqdim edək”.

Bir çox ekspertlər isə hesab edir ki, Nikol Paşinyanın uğursuz Rusiya səfərindən sonra Dağlıq Qarabağa gedərək sərsəm fikirlər səsləndirməsi, işğalçı ölkədə öz hakimiyyətini möhkəmləndirməyə, daxildəki sosial və siyasi böhran ab-havasını sakitləşdirməyə yönəlib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018