Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəbhə bölgəsinin şagirdlərinə məktəbli forması hədiyyə edildi
Tarix: 13.09.2018 | Saat: 17:25:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən cəbhəyanı bölgədə yaşayan birinci sinfə gedəcək məktəblilərə məktəbli forması, çanta və məktəb ləvazimatları hədiyyə edilib.

Hafta.az xəbər verirm ki, bununla əlaqədar Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarında, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib. Görüşlərdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Bilik Fondu ilə birgə bu layihənin məktəblilərə dəstək olmaq məqsədilə həyata keçirildiyini bildirib. Məktəblilərin Azərbaycanın uğurlu gələcəyinin təminatı olduğunu qeyd edən M.İsmayılov onların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. İcraçı direktor cəbhə bölgəsində yaşayan vətəndaşlar arasında olan ruh yüksəkliyi və Vətənə bağlılığın işğal altında olan Qarabağ torpaqlarının işğaldan azad edilməsinə inamı daha da gücləndirdiyini diqqətə çatdırıb.

Bilik Fondu və Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən valideynlər məktəblilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, məktəblilərlə görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun icraçı direktor müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və Bilik Fondunun nümayəndəsi Elvin Hətəmov iştirak ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018