Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaçqın və və məcburi köçkünlərin mənzil təminatı yaxşılaşdırılır
Tarix: 13.09.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli mütəmadi olaraq dövlətin diqqət mərkəzindədir. Son illər ölkəmizin həyatında sürətli, dinamik inkişaf dövrü olmaqla yanaşı, qaçqınların və məcburi köçkünlərin mövcud sosial problemlərinin həlli istiqamətində də ciddi dəyişikliklər baş verib.

Bildiyimiz kimi, 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiqlənib. 2007 və 2011-ci illərdə bu proqrama əlavələr edilib. Buna müvafiq olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Onu da bildirək ki, qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb. Hazırda Azərbaycanın iqtisadi qüdrəti məcburi köçkünlərin həyat şəraitinin bundan sonra daha da yaxşılaşdırılmasına imkan verir. Azərbaycan qeyd olunan yönümdə də dünyada ən yaxşı nümunənin əsasını yaradan dövlətlərdən hesab edilir. Belə ki, məcburi köçkünlərin bir qisminin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən bütün sosial-texniki infrastrukturu ilə birlikdə müasir tələblər səviyyəsində inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülmələri, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin və dövlət başçısının bu sahəyə gündəlik diqqətinin təzahürüdür.

Məlumdur ki, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim önə çəkən dövlət başçısı bu təbəqədən olan soydaşlarımızın problemlərinin, onları narahat edən məsələlərin həlli məqsədilə qarşıya konkret vəzifələr qoyur. Dövlət başçısı mütəmadi olaraq məcburi köçkünlərlə görüşür, bu insanların maddi rifah halının daha da yaxşılaşması üçün zəruri addımlar atır.
Təbii ki, bu istiqamətdə atılan addımlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mütəmadi olaraq diqqət mərkəzindədir. Demək olar ki, sözügedən proses Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət almağa başlayıb. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətində insanlara diqqət, şəfqət, onların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas diqqəti məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltməsidir. Məhz Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin qəzalı binalardan köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir.

Mehriban xanım Əliyeva müşavirədəki çıxışında bugünkü reallığı əsas gətirərək görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşadığını önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmasının vacibliyini vurğulayıb. Çıxış yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Elə müşavirədən dərhal sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində işlərə başlanıldı və bu işlər mərhələli şəkildə bu gün də uğurla davam etdirilir.
Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınıb və Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq Dövlətqaçqınkomun müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi müvəffəqqiyyətlə başa çatdırılıb.

Köçürülmə prosesi başa çatdıqdan sonra məcburi köçkünlərin müvəqqəti qeydiyyatları müxtəlif şəhər və rayonlarda olduğu, həmçinin bəzi məcburi köçkünlərin “məcburi köçkün” vəsiqələrinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsi və digər bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə komissiya yaradılıb.
Bu ilin may ayının 24-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha 1026 məcburi köçkün ailəsini sevindirib. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışı baş tutub.
Qeyd edək ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı qoyulub. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzillik 11 yaşayış binası inşası olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub.
Xatırladaq ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu işə 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018