Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutuldu - GÜNÜN TƏZADLARI
Tarix: 13.09.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib. Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidentidir.


Tanınmış professor canlı yayımda öldü


Hindistandan olan tanınmış professor və ictimai xadım Rita Citendra “Good Morning J&K” şousunun canlı yayımı zamanı ürək tutmasından vəfat etdi. Hafta.az Oxu.az-a istinadla yazır ki, bununla bağlı “The Sun” məlumat yayıb. Aparıcı Zahid Muxtarın sözlərinə görə, 86 yaşlı qadın proqram müəlliflərinə həyat haqqında danışırmış və “yaxşı görünürmüş”. Qəfil Citendra danışmağı dayandırıb və hıçqırmağa başlayıb. Daha sonra isə huşunu itirib. Efir yarımçıq dayandırılıb və qadına ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Professorun ürək tutmasından dünyasını dəyişdiyi açıqlanıb. Teleşou müəlliflərinin sözlərinə görə, qadın canlı efirdən əvvəl Hindistanın sabiq prezidenti Əbdül Kəlam kimi iş başında ölmək istədiyini açıqlayıb. Əbdül Kəlam 2015-ci ildə universitetlərdən birində mühazirə zamanı vəfat etmişdi.

 

Sumqayıtda sələmçi qadın qətlə yetirildi

Sumqayıtda 67 yaşlı qadın öldürüldü. Hafta.az yazır ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Aİ paytaxtında qaçqınların 94 faizinin küçələrdə yaşadığı bəlli oldu


Belçika paytaxtı Brüsseldə bu ölkəyə pənah gətirmiş qaçqınların 94 faizinin küçələrdə məskunlaşmağa məcbur qaldığı bəlli oldu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu haqda Avropada qaçqınların hüquqlarının müdafiəsi ilə məşğul olan Böyük Britaniya təşkilatının hazırladığı hesabatda məlumat verilib. Eyni zamanda Avropa İttifaqının mərkəzi sayılan Brüsselin küçələrində gecələyən və əksəriyyəti müsəlman olan qaçqınların 74 faizi əsas ərzaq məhsullarından məhrumdur. Bununla yanaşı, Suriya, İraq, Liviya, Əfqanıstan və s. münaqişə və müharibə zonalarından ölümün, evsizliyin, aclığın əlindən Avropanın mərkəzinə ümidlə gəlmiş qaçqınlar, nə yazıqlar ki, burada da zorakılıq və təqiblər qarşısında acizdirlər. Qaçqınların sözlərinə görə, polis hətta onların paltarlarını və şəxsi əşyalarını əlindən alır.
Xəbərdə xatırladılır ki, bu ilin mayında qaçqınların idarə etdiyi avtomobil Brüssel polisinin dayanmaq tələbinə məhəl qoymadıqdan sonra atəşə tutulub. Nəticədə iki yaşlı uşaq həlak olub.


Sumqayıtda qəza törədən şəxs ölümünü lentə aldı


Sosial şəbəkələrdə Sumqayıtda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı. Hafta.az-ın Oxu.az-a istinadla məlumatına görə, “Jiquli” markalı avtomobil dönmə əməliyyatı yerinə yetirən “Mercedes”ə çırpılıb. Bildirilir ki, qəzanı lentə alan “Jiquli”nin sürücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018