Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq
Tarix: 13.09.2018 | Saat: 22:48:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.

Bunu hafta.az-a Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

İdarə direktoru bildirib ki, POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər.

“Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Ödəniş terminalı olmayan pərakəndə ticarət, iaşə və əsasən mehmanxanalar kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək”.

Ə.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qərarı var və həmin qərarda nəzərdə tutulan obyektlərin siyahısını tam əldə etmək mümkündür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018