Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Güləşçilərimiz Minskdə beynəlxalq turnirdə iştirak edəcəklər
Tarix: 14.09.2018 | Saat: 10:52:00
Bölmə:İdman | çapa göndər

Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-pri turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a verilən məlumata görə, ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvələrini sınayacaqlar.

Minskdə 11 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin 8 üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib