Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məleykə Abbaszadə qəbul keçirəcək
Tarix: 14.09.2018 | Saat: 11:51:00
Bölmə:Sosial | çapa göndər

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İmişli rayonunda vətəndaşları qəbul edəcək.

Mərkəzdən hafta.az-a verilən xəbərə görə, qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19. Əlaqə tel.: (02121) 5-15-23).

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018