Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qırmızı Körpü Asiya ilə Avropa arasında əlaqələndirmənin mühüm elementinə çevrilməkdədir" - Kestutis Yankauskas
Tarix: 14.09.2018 | Saat: 14:00:00
Bölmə:Sosial | çapa göndər

Tiflisdə BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan nümayəndəlikləri tərəfindən 2015-ci ildən bəri birgə həyata keçirilən regional layihənin bağlanış mərasimi keçirilir.

BMT-nin Bakı Ofisindən Hafta.az-a verilən məlumatda deyilir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsi baxımından tərəfdaşlıqlar, xüsusilə də yerli, regional və qlobal səviyyələrdəki tərəfdaşlıqlar mühüm əhəmiyyət kəsb edir. DİM-lərin reallaşdırılması və əmin-amanlıq, təhlükəsizlik və azad ticarətin gücləndirilməsi üçün ölkələr bərabər çalışmalıdırlar. Bu baxımdan, yaşayış səviyyəsinin yüksəldilməsi və sərhədlərdə insanların və malların hərəkəti üçün təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyan regional layihələrin rolu əvəz edilməzdir. Məhz bu səbəbdən, sərhəd idarəçiliyində daha güclü, ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın yaradılmasına çalışan Azərbaycan və Gürcüstan hökumətləri Cənubi Qafqazın bu iki ölkəsini birləşdirən birgə gömrük nəzarəti məntəqələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Strateji baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan və Gürcüstan, 2015-ci ilin sonlarında iki ölkə arasında, daha geniş mənada desək, iki qitə, yəni Asiya və Avropa arasında əsas sərhəd nəzarət məntəqəsi olan Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsində insanların və malların təhlükəsiz, qanuni şəkildə hərəkətini asanlaşdırmaq məqsədilə öz qüvvələrini birləşdirdilər. Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının “Flaqman təşəbbüsü”nün bir hissəsi kimi həyata keçirilən layihə Azərbaycan və Gürcüstanda BMT-nin İnkişaf Proqramı tərəfindən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi kimi iki strateji tərəfdaşla sıx əməkdaşlıq çərçivəsində idarə olunur. Ümumi büdcəsi 2,66 milyon avro olan layihəyə Avropa İttifaqı tərəfindən 2,128 milyon avro, Azərbaycan və Gürcüstan hökumətləri tərəfindən isə birlikdə 532 min avro məbləğində vəsait ayrılıb. "Qırmızı Körpü" Sərhəd-Keçid Məntəqəsində üç il ərzində uğurlu əməliyyatlar həyata keçirdikdən sonra Azərbaycan və Gürcüstan hökumətləri, eləcə də Aİ və BMTİP-in nümayəndələri layihənin başa çatmasını və bu birgə platformanın müxtəlif mərhələlərdə qazandığı nailiyyətləri qeyd etmək üçün sentyabrın 14-də Tiflisdə bir araya gəlib.

Gürcüstan və Azərbaycan hökumətlərini sərhəd təhlükəsizliyinin qorunmasında dəstəkləmək məqsədi daşıyan bu layihədə iki ölkə, eyni zamanda Aİ-yə üzv dövlətlər arasında ikitərəfli və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilib. Layihə çərçivəsində ön planda tutulan iki əsas sahəyə Azərbaycanda və Gürcüstanda sərhəd idarəçiliyi orqanlarının imkanlarının genişləndirilməsi, "Qırmızı Körpü"nün hər iki tərəfində hərəkətin asanlaşdırılmasını, təhlükəsizliyin artırılmasını dəstəkləmək üçün infrastruktur və avadanlıqların təmin olunması daxil idi.

Tbilisidə layihənin bağlanış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Avropa İttifaqının BMTİP ilə birlikdə dəstəklədiyi və həyata keçirdiyi bu flaqman təşəbbüsü Azərbaycan və Gürcüstan dövlətlərinin gömrük orqanları arasında əlaqələndirməni artıq gücləndirib. "Sözügedən birgə fəaliyyət regional əməkdaşlığı inkişaf etdirir, prosedurların asanlaşdırılmasına kömək edir və ticarət imkanlarını artırır. Aİ-nin yardımı ilə Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilməkdədir” deyib K.Yankauskas.

Keçmişdə Azərbaycanın Sərhəd Keçid Məntəqəsi xaricində təhlükəsiz gömrük rəsmiləşdirilməsi sahəsinin olmaması səbəbindən malların dərhal rəsmiləşdirilə bilməməsi bütün digər yüklərin də hərəkətini ləngidirdi. "Qırmızı Körpü" layihəsinin köməyi ilə ikinci dərəcəli yoxlamaların həyata keçirilməsinə və sərhəddə hərəkətin asanlaşdırılmasına imkan verən təhlükəsiz hərəkət sahəsi yaradılıb. Ən əsası odur ki, layihənin reallaşdırılması sayəsində yüklərlə bağlı prosedurların icrasına sərf olunan vaxt artıq əhəmiyyətli dərəcədə azalıb. Elə təkcə Azərbaycanda Dövlət Gömrük Komitəsinin 70-dən çox əməkdaşına gömrük nəzarəti prosedurları, fitosanitariya, sanitariya, baytarlıq və qida təhlükəsizliyi məsələləri ilə bağlı sərhəd nəzarəti üzrə Aİ-nin qabaqcıl standartlarına uyğun təlimlər keçirilib, sərhəd keçid məntəqəsində işləyən 250-dən çox müfəttiş isə Aİ-nin Latviya, Litva və Polşadan olan ekspertlərinin rəhbərliyi ilə təşkil olunan bacarıqların artırılması üzrə 10 təlim proqramında iştirak edib. Ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsinin 300-dən artıq əməkdaşı layihə çərçivəsində təşkil olunan 20 bilik mübadiləsi tədbirinə qatılıb. Bu fəaliyyətlər eyni vaxtda Gürcüstanda da həyata keçirilib.

Layihənin bağlanış mərasimi ilə yanaşı, həmçinin sərhədin Gürcüstan tərəfində fəaliyyət göstərəcək müasir avadanlıqlarla təchiz olunmuş yeni sanitar, baytarlıq və fitosanitar nəzarət məntəqəsinin istifadəyə verilməsi və Qırmızı Körpünün Azərbaycan hissəsində yeni gömrük terminalının açılışı qeyd olunub.

Bu mühüm layihənin nəticələrindən söz açan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai xüsusilə vurğulayıb ki, effektiv sərhəd idarəçiliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx şəkildə əlaqəlidir və o ölkələrə hüquqları müdafiə etməklə, sərhəddən keçən şəxslərin üzləşdikləri çətinliklərin sayını azaltmaqla öz milli təhlükəsizliklərini beynəlxalq hüquqa uyğun qaydada yaxşılaşdırmaq imkanı verir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018