Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tağıyevin evində “Vətən sizə minnətdardır!” sərgisi - FOTO-VİDEO
Tarix: 14.09.2018 | Saat: 14:19:00
Bölmə:Mədəniyyət Reportaj | çapa göndər

Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 100 il ötür. Düz 100 il əvvəl Nuru paşa komandanlığında Qafqaz İslam ordusu əsgərlərinin sücayəti ilə Bakı işğaldan azad olundu. Təbii ki, həmin qoşunların tərkibində 500-ə qədər Azərbaycan əsgəri də var idi. Tarixçilərin araşdırmalarına görə, təkcə Bakı uğrunda döyüşlərdə bu ordu 1130 şəhid verib.

Birləşmiş türk ordusu Bakını işğaldan azad etdikdən sonra əsarətdə qalan Bakı əhalisi Osmanlı əsgərlərini, öz qan qardaşlarını gül-çiçəklə qarşılayır. Hərbi parad təşkil olunur. Qeyd edək ki, Nuru paşa və onun ordusunun keçdiyi ərazidən sentyabrın 15-də həmin qəhrəman qazilərin nəvələri – şanlı əsgərlərimiz keçəcək. Yəni, Azərbaycan və Türkiyə prezidentlərinin izləyəcəyi parad təşkil olunacaq.

Sentyabrın 14-də isə yüz il əvvəl Bakının qurtuluşu şərəfinə ziyafətin verildiyi evdə - böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkündə sərgi təşkil olunmuşdu. İndi bu binada Milli Azərbaycan Tarixi Muzeyi yerləşir. Bakının qutuluşunu tarixin yaddaşına həkk edən fotolar həmin sərgidə toplanıb. Muzeydən hafta.az-a verilən məlumata görə, sərgi Milli Azərbaycan Tarixi Muzeyi ilə Türkiyə Respublikasının Azərbaycandakı elçiliyinin birgə səyi nəticəsində ərsəyə gəlib. Sərginin adı da olduqca unikaldır – “Vətən sizə minnətdardır!”...

Əvvəlcə bədii hissə başlandı. Çıxış üçün kürsüyə ilk olaraq muzeyin direktoru Akademik Nailə Vəlixanlı təşrif buyurdu. Muzeyin direktoru bildirdi ki, 100 il əvvəl Bakının işğaldan azad olunması günü məhz bu zalda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakının işğaldan azad olunması şərəfinə başda Nuru paşa olmaqla Qafqaz İslam ordusunun komandanlığına ziyafət verib. Həmin ziyafətdə milli hökümətin rəhbərləri, o cümlədən hərbi nazir Əlağa Şıxlınski də iştirak edib. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala söz verildi. Qardaş ölkənin səfiri bildirdi ki, 100 il əvvəl iyun ayından sentyabr ayına qədər Qafqaz islam ordusunun əsgərləri Bakı uğrunda döyüşlərdə rəşadət göstəriblər:

“Vəziyyət ağır idi. Güney istiqamətindən Bakıya doğru hücum başladı. Əsgərlərimiz həm istityə, həm susuzluğa, həm də düşmənə qarşı mübarizə aparmalı oldu. Sonda Bakı işğaldan azad edildi. Bu hadisə bizim qardaşlığımızın simgələrindən biridir və tarixi köklərimizdən gələn qardaş bağlarıdır”.

Akademik Nərgiz Axundova söylədi ki, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair imzaladığı Sərəncama diqqət çəkən natiq dedi ki, bu il həm də ölkəmizdə Cümhuriyyətlə bağlı silsilə tədbirlər keçirilir:

“Bugünkü tədbir də bu qəbildən olan tədbirlər sırasında yer alır. Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu. Bu gün də o birlik, qardaşlıq davam etdirilir”.

Sonra sərginin açılış lenti kəsildi. Sərgiyə baxış keçirildi. Sərgidə 1918-ci ildə Azərbaycanda baş vermiş hərbi-siyasi hadisələr, o cümlədən Bakı Sovetinin anti-Azərbaycan siyasəti, azərbaycanlıların soyqırımı, Qafqaz İslam ordusunun yaradılması və Bakının azad edilməsi ilə nəticələnmiş iyun-sentyabr yürüşünü əyani şəkildə əks etdirən fotolar, sənədlər, silahlar, geyim əşyaları nümayiş olunur. Sərgidə muzeyin Silahlar və bayraqlar fondu, Xatirə əşyaları və hədiyyələr fondu, Köməkçi tarixi fənn materialları fondundan 120-dən artıq unikal tarixi eksponat tamaşaçılara göstərilir. Sərgidə diqqətimzi çəkən əşyaların bir qismi demək olar ki, sərgini daha da maraqlı edən əşyalar sırasındadır. Bunlardan Qafqaz İslam ordusu döyüşçüsünün, cümhuriyyət dövründəki Azərbaycan Ordusunun silahları və geyimləridir. Eyni zamanda Bakı Soveti Sentrokaspi diktaturasının və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu Osmanlı ordenləri sərgi iştirakçılarının diqqətini xüsusi cəlb edir.

Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Dövrün şairlərinin əsərlərində Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin qanları Azərbaycan çöllərini yazda bəzəyən lalələrə bənzədilir. Sərginin ümumi tərtibatında bu element xüsusi olaraq verilib. Yerdə lalələr öz əksini tapıb.

Sərgidə həm də “Nuru paşa” və “Həbib bəy Səlimov”un büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri də nümayiş etdirilir. Sərgidə 100-ə yaxın fotoşəkilin nümayiş etdirilməsi ilə bağlı bizə məlumat verildi. Yeri gəlmişkən, sərginin kuratoru muzeyin ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovdur.

Sərgi bu ilin 14 dekabr tarixinə qədər davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Noyabrın 20-nə manatın məzənnəsi