Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyan qorxusundan bu cür sərsəmləyir” – Qabil Hüseynli
Tarix: 14.09.2018 | Saat: 16:53:00
Bölmə:Siyasət | çapa göndər

“İlk növbədə Nikol Paşinyanın son bəyanatları onun radikal milliyəçiliyi ilə bağlıdır. Ölkə başçısı İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə də qeyd etdi ki, bu cür bəyanatlar Paşinyanın təcrübəsizliyindən irəli gəlir. Eyni zamanda, onun siyasi intellektinin aşağı səviyyədə olması bu bəyanatlardan aydın şəkildə müşahidə edilir. Digər tərəfdən, Paşinyanın bu cür bəyantları əhalinin radikal kəsiminə yönəlib və onu hakimiyyətə gətirmiş insanlara xitabən söyləyib”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun fikrinə görə, Ermənistanın baş naziri Dağlıq Qarabağın və işğal etdikləri ətraf 7 rayonun Ermənistana birləşdirilməsi ilə bağlı səsləndirdiyi sərsəm bəyanatlar onun “böyük Ermənistan” arzusunun gerçəkləşdirilməsində bir növ nə qədər ardıcıl və radikal olduğunu göstərməyə çalışıb: “İndi 20-ci əsrin əvvəlləri deyil ki, müstəmləkələr uğrunda mübarizə aparılsın. Birinci və ya ikinci dünya müharibəsi dövrü deyil ki, başqa əraziləri ələ keçirməklə yeni müstəmləkəçilik ideyasını gerçəkləşdirsin. Paşinyan birdəfəlik başa düşməlidir ki, dünya artıq yeni məntiqlə və təfəkkürlə yaşayır. Bu təfəkkürün əsasında duran isə beynəlxalq nizamın təhlükəsizliyi məsələsidir. Bu təhlükəsizlik konteksinin əsasında isə 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş görüşdən sonra qəbul olunan sənəddir”.

Qabil Hüseynli fikrinin davamı kimi qeyd edib ki, Helsinki Yekun Aktı adlanan bu sənəddə ikinci dünya müharibəsindən sonra formalaşmış dövlət ərazilərinə toxunulmaması və bu ərazilərin bütövlüyünün qorunub saxlanmasının beynəlxalq hüququn əsas prinsipinə çevrilməsi məsələsidir:

“Paşinyanın gözünün qarşısında dünya sosializm sistemi çöküb. Yəqin ki, onun həmin dövrdə dünyanı qavraya biləcək qədər səviyyəsi olmalı idi. Paşinyanın gözünün önündə SSRİ kimi dövlət çökdü. Dəfələrlə BMT-nin müzakirələrində qeyd olundu ki, dövlətlər həmin quruma hansı sərhədlərlə daxil olubsa, elə həmin sərhədlərlə də çıxa bilər. Qəbul olunmuş sənədlərdə BMT tərəfindən tanınmış sərhədlər mövzusu və ölkələrin ərazi bütövlüyü var. Bütün bunlar beynəlxalq hüququn əsas maddələrindən birini təşkil edir. Çox güman ki, Paşinyan bunu yaxşı anlayır”.

Politoloqun fikrincə son dövrlər Ermənistanın hakim dairələri Azərbaycanda güclü ordunun qurulmasından narahatdır. Eyni zamanda, Paşinyan həm də torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan tərəfinin lazım olan bütün vasitələrdən istifadə edəcəyini, xalqımızın sona qədər mübarizə aparacağını yaxşı bilir:

“Ona görə də öz elektoratını nəzərə alaraq bu cür çağırışlar edir. Digər tərəfdən, Paşinyan bu yolla Azərbaycana psixoloji təzyiq göstərməyə çalışır. Yəni, “lazım gəlsə heç o 7 rayonu da geri qaytarmarıq” fikirlərini ortaya atır. Bu bəyanatları Paşinyanın “DQR”-in “status”unu tanıtdırmaq, qondarma respublikanı danışıqlar masasına cəlb etmək kimi miskin bir arzusunu yerinə yetirmək yolunda təzyiqi kimi də qəbul etmək olar”.

Qabil Hüseynli əlavə edib ki, əvvala, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qondarma Dağlıq Qarabağ Respublikasını onların yaxın qəyyumu olan heç Rusiya da tanımır: “Son dövrlərdə İslam Əməkdaşlıq Təşkilatı, BMT, NATO-nun zirvə toplantıları, Avropa Birliyinin parlamenti, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər çərçivəsində həll edilməsinə çağıran bəyanatlar qəbul edib. Yəni, həm beynəlxalq hüquq, həm də dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Paşinyan beynəlxalq ictimai rəyin əleyhinə gedərək səfeh və məzmunsuz bəyanatlar səsləndirməsi onun özünün nüfuzuna ciddi zərbədir. Paşinyan çox yaxşı bilir ki, onun dedikləri heç bir reallığı əks etdirmir. Ümumiyyətlə, onun dedikləri heç zaman həyata keçməyəcək”.

 Politoloq onu da bildirib ki, Paşinyanın bu bəyanatları oktyabr ayında Ermənistanda keçiriləcək parlament seçkilər ərəfəsində verməsi təsadüfi deyil. O, may ayına qədər yubanması ehtimalı olan seçkilər öncəsi əlinin altındakı elektoratdan qorxur. Ona görə də dünyada özünü nüfuzdan salan səfeh bəyanatlar səsləndirir:

“Nikol Paşinyanın səsləndirdiyi fikirlərin hamısı hədyan bəyanatlardır. Paşinyan unutmamalıdır ki, indiki Ermənistan ərazisi də keçən əsrin əvvəllərində Azərbaycan torpaqları olub. Ermənilər həmin ərazilərə köçürülüb. İrəvanı da Osmanlı dövlətinin xahişi ilə 99 illiyinə icarəyə vermişik. Həmin icarə müddəti də artıq bitib. 1918-ci ildə Batumidə imzalanmış sazişdə öz əksini tapan maddə var. Yəni, bütün məsələri ortaya çıxaranda nəinki ermənilər uydurma “Arsax” məsələsindən danışa bilər, hətta biz Ermənistana ərazi iddiaları irəli sürə bilərik. Bu gün bizim üçün ilk növbədə vacib olan SSRİ-nin tərkibindən hansı ərazilərlə çıxıb BMT-yə daxil olmuşuqsa, həmin əraziləri bərpa etməkdir. Bu nöqteyi nəzərdən, Ermənistan çaşmamalıdır. Paşinyan Cənubi Qafqazda gərginlik yaratmamalıdır. Bu bölgəni barıt çəlləyinə çevirməyə çalışmamalıdır. Yoxsa, başda Paşinyan olmaqla, bir çoxlarının başı ağrıya bilər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018