Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “xuliqan məktəblisi” - HƏFTƏ REYTİNQ
Tarix: 14.09.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ilk səkkizillik təhsilini aldığı Leninqradın 193 saylı məktəbində “davakar” kimi xatırlandığı bəlli oldu. Musavat.com-un apardığı araşdırmadan məlum olur ki, gələcəyin prezidenti məktəb illərində hər gün dərsə gecikməyi ilə yadda qalıb. Hətta tənbəlliyi ucbatından qış aylarında məktəbə gecikən Putin tələskənlikdən isti paltarlarını da əməlli-başlı geyinməyə imkan tapmayıb. Prezident bunu özü də dəfələrlə etiraf edib. Tənbəlliyi ilə yanaşı, balaca Putin həm də dalaşqan olub, hətta bir neçə nəfərlə eyni vaxtda dalaşmaqdan da qorxmayıb. Ona məktəbdə “xuliqan” da deyiblər. Elə məhz bunun nəticəsidir ki, o, digər şagirdlər kimi, “pioner” sıralarına 3-4-cü siniflərdə deyil, 6-cı sinifdə keçib.


Həftənin “bihörməti”


Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında danışıqlar, erməni baş nazirinin bəyanatlarının əksinə, son dərəcə sərt vəziyyətdə keçdi. Bunu Nikol Paşinyanla Vladimir Putinin görüşündən çəkilən video da təsdiq edir. Görüşdə diplomatiya tarixində görünməmiş hadisə olub. Kremldə erməni baş nazirini yalnız ürəksiz yox, həm də, nümayişkaranə kobud deməsək, hörmətsizcəsinə qəbul ediblər. Rusiya prezidentinin protokol xidmətinin başçısı Putinlə görüşə yönələn Nikol Paşinyanı sərt şəkildə dayandırıb. Özü də Paşinyanı kəndarda iki dəfə dayandırıblar. Üstəlik, belə qəbuldan çaşmış hökumət başçısı kabinetin kandarında sürüşüb. Erməni baş nazirini yalnız bundan sonra Vladimir Putinin olduğu zala buraxıblar. Paşinyan qapının kandarında büdrəyərək Putinə doğru gedib və ona əl uzadıb...


Həftənin “”Şöhrət”lisi”


Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının Arif Məlikova ünvanladığı təbrik məktubunda deyilir:“Hörmətli Arif müəllim!
Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir...”.


Həftənin “sağlamı”


Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev məşhur restoranların birində görüntüləndi. Şam yeməyində sabiq başçı tək olmayıb. Belə ki, Elmar Vəliyevin şam yeməyində oğlu Elmir Vəliyev və dostları da olub. Xatırladaq ki, Elmar Vəliyev Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. 2018-ci il iyulun 3-də, saat 20:30 radələrində özü və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında hazırda həbsdə olan Yunis Səfərovun odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişdir. 28 avqust 2018-ci ildə o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Həftənin “məhbus separatçısı”


Azərbaycana qarşı təxribatlar törədən, qara piar aparan qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri”nin Bakıya təhvil veriləcəyi bəlli oldu. Sentyabrın 6-da Moskvanın Lübertsi rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb. Sentyabrın 7-də Moskva vilayəti Lübertsi şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.
Qeyd olunur ki, F.Abbasov barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.


Həftənin “iradı”


Özbəkistan Prezidenti Şövkət Mirziyoyev regionu qarət etmiş Fərqanə vilayətinin əvvəlki sahiblərini “krısa”(siçovul) adlandırdı. Ş.Mirziyoyevin çıxışının audioyazısını dərc etmiş "Fərqanə" agentliyinin məlumatından bəlli olur ki, ehtimalla söhbət respublikanın keçmiş prezidenti İslam Kərimovun qohumlarından gedir. Mirziyoyev bildirib ki, Fərqanədəki neft emalı zavodu (NEZ) praktiki olaraq işləmir, çünki əvvəllər onu “Fərqanə gəlinləri” adlandırılan və vilayəti "qarət edən" "siçovullar" idarə edirdilər. "Fərqanə gəlinləri" – bunlar Kərimovun, həmin vilayətdə doğulmuş dul həyat yoldaşı Tatyana və onun bacısı Tamara Sobirovadır. Məhz onların himayəsi altında Sobirovanın oğlu və Kərimovun bacısı oğlu Əkbərəli Abdullayev NEZ , sement zavodu, mehmanxanalar şəbəkəsi, ticarət kompleksləri və başqa müəssisələr üzərində nəzarəti ələ almışdılar.


Həftənin “aktyor prezident xanımı”


Prezident Emmanuel Makronun həyat yoldaşı Brijit Makron ölkədə yayımlanan serialın bir seriyasında çəkildi. B.Makron “Vestiaires” (paltardəyişmə otağı) serialında iştirak edib. Qeyd edək ki, “Vestiaires” serialı iki fiziki qüsurlu üzgüçünün yumoristik əhvalatlarından bəhs edir. Brijit Makronun yer aldığı seriya sentyabrın 15-i yayımlanacaq.


Həftənin “milyarder hədiyyəsi”


Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə etdi. 19 yaşlı Rasim Məmişov 3 ildir, arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan "Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu yeni "oyuncağını”nı da izləyicilərinə təqdim edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018