Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
UEFA-dan "Qarabağ"la oyunda "Sportinq"ə qadağa
Tarix: 16.09.2018 | Saat: 17:23:00
Bölmə:İdman | çapa göndər

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.

Hafta.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avroliqanın 1/4 finalının “Atletiko” ilə cavab oyununda (1:0) yerli azarkeşlər görüşün hakimlər briqadasına yad cisimlər atmışdılar. Məsələni araşdıran qitə futbol qurumu hadisəyə səbəb olan azarkeşlərin əyləşdiyi sektorların 1 oyunluq bağlanmasına qərar verib.

Bununla bağlı bəyanat yayan “Sportinq” klubu azarkeşlərinə səslənib: “Klubun bütün üzvləri və azarkeşləri tam olaraq dərk etməlidirlər ki, kobud ictimai davranışlar bizə ciddi zərər verə bilər”.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018