Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Diyarbəkirli iş adamları İrəvanda türkün marağına xəyanət etdilər
Tarix: 17.09.2018 | Saat: 14:17:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Bu günlərdə Ermənistanın Sənayeçilər və İş Adamları Dərnəyində, ermənilərin Tigranakert adlandırdığı Türkiyənin Diyarbəkir vilayətinin Ticarət və Sənaye təşkilatının sədr müavini Hüsnü Pərvanənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

"Ermenihaber"in məlumatına əsasən, görüşdə tərəflər bildiriblər ki, onların arzusu "yalnız iqtisadi-ticarət sahəsində deyil, həmçinin diplomatik müstəvidə də canlanmanın yaranmasıdır". Ermənistan Sənayeçilər və İş Adamları Dərnəyinin sədri Arsen Xazaryan bildirib ki, rəsmi İrəvan onların Türkiyənin fərqli vilayətləri ilə yaratdıqları əlaqələri müsbət dəyərləndirir və hətta onlara bu məsələdə dəstək də verir. 

Diyarbəkirli iş adamları Diyarbəkir-İrəvan birbaşa hava reyslərinin açılmasına çalışdıqlarına və buna görə də Dərnəkdən dəstək istədiklərini qeyd ediblər. Bu səyləri yüksək qiymətləndirən A.Xazaryan deyib ki, 2009-cu ildə belə bir addım atmaq istəyiblər. Yəni təyyarə reysi açılıb, hətta ilk uçuşlar üçün biletlər də satılıb, Amma rəsmi Ankaranın sanksiyaalrı səbəbindən uçuşlar ləğv edilib. Buna baxmayaraq, o, Diyarbəkir nümayəndə heyətini arxayın edib ki, birbaşa uçuşların başlanması məqsədilə bütün imkanlarından yararlanacaqlar. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018