Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yaponiya komandası “Judo Club 2012”-ni seçib - FOTO
Tarix: 17.09.2018 | Saat: 15:37:00
Bölmə:İdman | çapa göndər

Bu il sentyabrın 20-27-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatınıda iştirak edəcək Yaponiya komandası artıq respublikamızın paytaxtındadır. Cüdonun vətənindən gəlmiş idmançılar sentybarın 14-dən paytaxtımızın tanınmış klublarından olan “Judo Club 2012”-nin zallarında gündə iki dəfə məşq keçməyə başlayıblar.


AZƏRTAC-a bu barədə məlumatı klubun icraçı direktoru Hazfiz Hacıyev verib. O, bildirib ki, Yaponiya Cüdo Federasiyasının nümayəndələri milli komandanın dünya çempiontına hazılığının son mərhəsini Azərbaycanda təşkil etmək üçün hələ iyul ayında ölkəmizdə olublar. Yapon mütəxəssislər öz tələblərinə və standartlarına uyğun yer seçmək üçün bir slra idman arenalarına baş çəkib, mövcud vəziyyəti yerində öyrəndikdən sonra yekdilliklə “Judo Club 2012”-nin üzərində dayanıblar. Belə ki, qonaqlar buradakı zalların və köməkçi infrastrukturun cüdo üzrə məşqləri ən yüksək səviyyədə təşkil etməyə imkan verdiyi üçün onları tam qane etdiyini bildiriblər. Xalqımızın qonaqpərvərlik ənənəsinə əsasən, bütün bu təsəsrrüfatın Yaponiya komandasının istifadəsinə təmənnasız olaraq verilməsi barədə klub rəhbərliyinin qərarını isə gündoğar ölkənin nümayəndələri böyük minnətdarlıq hissi ilə qarşılayıblar.


“Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı olmuş Azər Əsgərov qonaqlara “harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər” deyərək, klubda onlar üçün hər cür şərait yaradılacağını bildirib.


Qeyd edək ki, cüdo üzrə Yaponiya millisi ölkəmizdə ilk dəfə keçiriləcək dünya çempionatına, idmançılar, məşqçilər və yardımçı heyət daxil olmaqla, 90 nəfərlik heyətlə gəlib.
Bundan başqa, dünya şempionatında Yeni Zelandiyanı təmisl edəcək üç cüdoçu da yarışlara son hazırlıqlarını “Judo Club-2012”də keçirlər. Klubda onlara da təmənnasız xidmət göstərilir.


Azərbaycanda cüdonun inkişafına, ionun kütləviliyinin artırılmasına dəstək vermək məqsədilə altı il əvvəl yaradılmış “Judo Club-2012” qısa müddətdə özünün nailiyyətləri ilə ölkəmizin idman ictimaiyyətinin rəğbətini qazanıb. Klubun ən müasir dünya standartlarına cavab verən məşq bazasında nüfuzlu məşqçilərin yetişdirdiyi idmançılar son vaxtlar cüdo, karate, sambo və digər idman növləri üzrə yerli və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr göstərirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Bitkoin kəskin ucuzlaşdı
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq