Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanda həyata keçirilən islahatlar dünya üçün nümunəvi modeldir”
Tarix: 17.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda 2017/2018-ci tədris ili başlayıb. Qeyd edək ki, hazırda Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Çünki əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan sonra isə təhsilimiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Belə ki, ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır”.

Ekspert vurğulayıb ki, Azərbaycanda insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlar dünya ölkələri üçün nümunəvi bir modeldir: “İnsan kapitalı – şəxsin gələcəkdə peşə fəaliyyəti zamanı gəlir gətirə biləcək istedad və qabiliyyətlərinə hazırda qoyulan sərmayələrin cəmidir. Məsələn, bir neçə misal göstərək. Kiminsə elmə həvəsi vardırsa, o şəxs təhsilini davam etdirməli, ona sərmayə yatırmalıdır. Hətta, onun hər hansı bir kitaba sərf etdiyi maliyyə də insan kapitalına yönəldilən sərmayədir. Yeri gəlmişkən qeyd edək ki, dövlət qabiliyyətli olan şəxslərin obyektiv imtahanlardan keçməsindən sonra müəyyən tələb olunan həddi keçmələri nəticəsində onların təhsillərini davam etməsinə şərait yaradır. Bu təhsilin bütün mərhələlərində mümkündür. Bəzən deyirlər ki, “insan kapitalı” yalnız təhsillə bağlıdır. Amma zənnimizcə, bu fikir düzgün deyildir. Düzdür, “insan kapitalı” özünü daha çox təhsildə göstərir, amma bu o demək deyildir ki, o yalnız təhsillə bağlıdır. Belə bir misala nəzər yetirsək bunu daha aydın görərik. Kimsə təhsilini hər hansı bir səbəbdən davam etdirmək istəmir və onun idamana daha çox marağı var. O şəxs gələcəkdə bu sahədən pul qazanmaq istəyir. Deməli, həmin şəxsin daha az yaşlarından idmana sərf etdiyi hər bir saatı ona gələcəkdə gəlir gətirəcəksə, bu onun “insan kapitalı”na qoyduğu sərmayədir. Hətta həmin şəxsin idman paltarı almaq üçün xərclədiyi pul da insan kapitalına yönəldilən sərmayədir. Düzdür, daha yaxşı olardı ki, idamanla məşğul olan şəxs müvafiq sahə ilə bağlı təhsil alsın, amma təhsil almadan da idmanda uğur qazanan yüzlərlə insanlar vardır. Bu rəssama da aiddir, yazıçıya da, tərcüməçiyə də, müasir dövrdə ən çox tələb olunan peşələrdən biri olan “kömpüter ustası”na da... Amma bu, danılmaz həqiqətdir ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacaran ölkələr həm vətəndaş qarşıdurmasından, həm də regional münaqişələrin episentri olmaq təhlükəsindən sığortalanmağı bacarıblar. Təbii ki, zəngin neft ölkəsi olan Azərbaycan bu prinsipləri vaxtında və həm də düzgün qiymətləndirməklə dünyaya modern inkişaf nümunəsi göstərdi. Artıq Azərbaycan neftindən gələn yüz milyonlarla gəlir ölkə vətəndaşlarının elmi, mədəni və sosial inkişafının qarantına çevrilib. Məhz bu amili dəqiq qiymətləndirən Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı, başağrısı da gətirə bilər : “Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, “qara qızıl” başağrısı yox, başucalığı gətirəcək. Artıq Azərbaycan buna nail olub”.

K. Əsədovun sözlərinə görə, neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə Asiyada 3-cü, dünyada isə daha çox islahat aparan 29 ölkədən biri olub: “Bu gün ölkəmizdə 3 mindən çox təhsil müəssisəsi yenilənib. O cümlədən ən müasir avadanlıqlarla təmin edilmiş 600-dən çox tibb müəssisəsi ölkə vətəndaşlarının sağlamlığının keşiyindədir. Ən müasir infrastruturların yaradılmasına görə Azərbacan dövləti MDB məkanında ilk yerlərdədir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2015-ci illər ərzində 3000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil almaq imkanı əldə ediblər. Ən başlıcası isə bir çox aztəminatlı ailələrin övladları dövlət və özəl universitetlərdə dövlət vəsaiti hesabına təhsil almaq imkanları qazanıblar. Etiraf edək ki, ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son 15 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir edilib”.

Ekspert onu da bildirib ki, Azərbaycanda təhsilin inkişafına verdiyi tövhələrdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır: “Qeyd etdiyim kimi, hazırda biz yeni dərs ilinə başlamışıq. Sentyabrın 15-də bütün təhsil müəssisələrində yeni tədris ilinə start verildi. Ənənəvi olaraq bu dərs ili ərəfəsində də dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 15 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir. Ümumiyyətlə, son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik”.

Ekspert deyib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür: “Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018