Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
YAP Suraxanı təşkilatınin yubileyi qeyd olunub
Tarix: 17.09.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda YAP rayon təşkilatının 25 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Tədbir başlanmazdan əvvəl qonaqlar Heydər Əliyevin abidəsi önünə gül əkili qoydular. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Eldar İbrahimov, Ağacan Əbiyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev iştirak edirdi. “Azərbaycan Dövlət Himni ilə açılan tədbirdə ulu öndər Heydər Əliyev birdəqiqəlik sükutla yad edildi.

SonraYAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının yaradılmasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, ötən əsrin 90- cı illərinin əvvəllərinə, Azərbaycanın o qanlı-qadalı, təlatümdolu günlərinə qayıdan hər kəs təsdiqləyə bilər ki, o dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması, doğrudan da tarixin, cəmiyyətimizin qarşısında müəyyən etdiyi qaçılmaz bir zərurət idi: “Həm dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrına qədər, həm də müstəqilliyin ilk mərhələsində bir-birini sürətlə əvəzləyən müvəqqəti hakimiyyətlərin səriştəsiz siyasəti, dövlətə, xalqa qarşı xəyanətlər Azərbaycanı, nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısına gətirmişdi. Cəmiyyətin ən qədim əyyamlarından belə çətin situasiyalarda həmişə öz ziyalısına üz tutub çarə istəyən, gələcək fəaliyyət istiqamətlərini onun məsləhətləri əsasında müəyyənləşdirən insanlarımız yenə də ziyalı sözünü gözləyirdilər. Azərbaycan ziyalısı isə xalqı zülmətdən işığa doğru istiqamətləndirib, ölkəni düşdüyü bu bəladan xilas edə biləcək yeganə pənah ünvanını nişan verdi. Bu ünvan Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev idi.

Vüqar Seyidov, həmçinin söylədi ki, partiyada gənclərə qayğı, bu təşkilatda təmsil olunan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakına şərait yaradılması, siyasi tələbkarlıq, fəallıq, prinsipiallıq, ölkəmizdə gedən proseslərə vətəndaşlıq mövqeyindən çevik reaksiya ulu öndərin YAP-ın qurultaylarında, yubiley tədbirlərində partiya nümayəndələri qarşısında qoyduğu əsas vəzifələrdən idi: “YAP bu gün də yalnız hakim partiya kimi fəaliyyət göstərmir. YAP-ın fəaliyyəti, hədəfləri heç vaxt bir partiya miqyası ilə məhdudlaşmadı. YAP dünən də, bu gün də hərtərəfli inkişafın əsas siyasi lokomotivi, dövlətçiliyimizin siyasi istinadgahı, istiqlaliyyətimizin möhkəm bünövrəsi oldu. Partiyanın fəaliyyət salnaməsi, əslində, elə məhz müstəqil Azərbaycan dövlətinin tarixidir. YAP Qafqazın ən güclü siyasi təşkilatıdır, Avropanın və Asiyanın ən nüfuzlu, mütəşəkkil siyasi qurumları sırasındadır. YAP-ın əldə etdiyi hər bir qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Bu baxımdan, YAP-ın başlıca resursu, qələbələrinin kökündə dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti, reytinqi, xalqımızın ölkə rəhbərinə olan böyük etimadı, inamı və ölkəmizdə həyata keçirilən siyasətin uğurlarıdır”.

Suraxanı RİH-in başçısı İlqar Abbasov yubiley münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sonra başçısı Heydər Əliyevin sovet dövrlərində Azərbaycana rəhbərlik etdiyi dövrləri xatırlayıb dedi: “Biz o dövrlərdə görürdük ki, ulu öndər Heydər Əliyev elə bir təşkilat, müəssisə yox idi ki, orada olmasın: “Rayonlara gedərdi, pambıq tarlalarını gəzərdi. Pambıqçılarla, zəhmətkeş insanlarla görüşlər keçirərdi. Bütün bunlar hər birimizi heyran edirdi, və bizdə fəxarət hissi oyadardı. Xatırladım ki, 1988-ci illərdə baş verən hadisələr Yeni Azərbaycan Partiyasını yaratdı. Mən həmin illəri çox yaxşı xatırlayıram. Ulu Öndərin Naxçıvandan Azərbaycanda gedən prosesləri izləməsinin şahidi olmuşam. Ulu Öndər hakimiyyətə gəldi və Azərbaycan Dövlətinin banisi oldu. Diqqətə çatdırım ki, Heydər Əliyev xalqın təkidi ilə Bakıya dəvət olunandan sonra hər şey dəyişdi. Gəncə hadisələrində Gəncəyə getdi və xalqı inandırdı ki, mən ölkəni bu çətin vəziyyətdən çıxaracam və buna da nail oldu. Biz qürur duyuruq ki, ölkəmiz bu gün Heydər Əliyevin yolu ilə davam edir”.

İlqar Abbasov söylədi ki, Heydər Əliyevin gərgin əməyi o idi ki, Azərbaycanı dünyada ən inkişaf etmiş dövlət kimi tanıtsın. Onun sözlərinə görə, o vaxt Azərbaycanı tanımırdılar: “Amma bu gün dünyanın hər bir ölkəsində hamı Azərbaycanı tanıyır. Bütün bunlar Heydər Əliyev və həmçinin onun yaratdığı Yeni Azərbaycan Partiyası və ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan mədəniyyətini və incəsənətini dünyada tanıdır. “Xocalı faciəsi”nin təbliğində Leyla Əliyevanın xidmətləri böyükdür. Onu da qeyd edim ki, rayonda fəaliyyət göstərən 35 orta məktəbdən 4-ü təmir olunmayıb. Rayonda böyük abadlıq, quruculuq və tikinti işləri aparılıb. Yollarımız təmir olunub, yeniləşib. Bütün bunlar ölkə başçısının qayğısı nəticəsində həyata keçirilib”.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov YAP-ın yaranma tarixindən və onun keçdiyi əzablı yollarından danışdı.
Sonda bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi və bir qrup şəxsə isə YAP Suraxanı Rayon Təşkilatının fəxri fərmanı təqdim edildi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018