Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
78 yaşında ata olmaq istəyən bakılı Xalq Artisti üzə çıxdı - GÜNÜN TƏZADLARI
Tarix: 17.09.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyanın Xalq Artisti, Bakıda anadan olmuş Emmanuel Vitorqanın ata olmağa hazırlaşdığı bilindi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Boris Korçevnikovun müəllifi olduğu “İnsan taleyi” verilişinə həyat yoldaşı İrina Mlodiklə birgə qatılan aktyor şəxsi həyatından danışıb. İkinci həyat yoldaşı Alla Balterin ölümündən sonra dərin sarsıntı keçirdiyini bildirən Emmanuel Vitorqan, hətta bir müddət özünü öldürmək haqqında düşündüyünü də gizlətməyib. Ancaq 2003-cü ildə İrina ilə ailə qurduqdan sonra onun həyatı dəyişib. Bu yaxınlarda 78 yaşlı aktyorla 56 yaşlı xanımının Etel adlı qız övladı dünyaya gəlmişdi. İndi də cütlük oğlan övladı gözləyir. Qeyd edək ki, Xalq Artistinin əvvəlki evliliklərdən Kseniya adlı bir qızı və Maksim adlı bir oğlu da var.


Tanınmış yapon yazıçı Nobeldən imtina etdi


Yaponiyalı yazıçı Haruki Murakami Nobel mükafatına görə adının namizədlər siyahısından çıxarılması üçün İsveç Akademiyasına müraciət etdi. Hafta.az-ın yazdığına görə, “Qaynarinfo” “Japan Times”a istinadla xəbər verir ki, yazıçı qərarını medianın diqqətindən kənarda qalmaq və fikrini yazı prosesinə vermək istəyi ilə əlaqələndirib.


Yevlaxda öküz sahibinin burnunu qopardı


Yevlax rayonunda öküz sahibinə xəsarət yetirdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində, 1939-cu il təvəllüdlü kənd sakini Nadir Məhəmmədəli oğlu Mehdiyevin başına gəlib. Yaşlı kişini vuraraq yerə yıxan öküz, buynuzu ilə onun burnunu və qolunun ətini qopardıb, heyvan həmçinin sahibinin qabırğalarına ciddi xəsarət yetirib. Yaralı ağır durumda xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının burnu cərrahi yolla yerinə tikilib. Hazırda müalicəsi davam edir və vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Antibiotik qəbul etdi – dili tükləndi


Antibiotik qəbulu gözlənilməz nəticə verdi. Hafta.az-ın “Sputnik Azərbaycan”a istinadla verdiyi xəbərdə deyilir ki, Amerika həkimləri qarşılaşdıqları nadir kliniki hal haqqında yazıblar. Onların xəstəsi avtomobil qəzasına düşmüş 55 yaşlı qadın olub. O, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Qəza zamanı o, hər iki ayağından zədə alıb. Bu da ayaqlarda infeksiyanın inkişafına səbəb olub. Tibb işçiləri infeksiya ilə mübarizə məqsədilə qadına iki antibiotik – meropenem və minosklin təyin ediblər. Dərman qəbulundan bir həftə keçdikdən sonra qadın daimi yorğunluq və ağızda qəribə dadın olmasından şikayətlənməyə başlayıb. Bundan başqa onun dili qaralıb və üzəri xırda tüklərlə örtülməyə başlayıb.
Həkimlər qadına glossofitiya diaqnozu qoyub. Qeyd edək ki, bu xəstəlik antibiotiklərin təsirindən yaranır və "qara tüklü dil" adlanır. Əlbəttə ki, dilin üzərində tük əmələ gəlmir. Xəstəlik dad bilmə qabiliyyətinə güclü təsir edir. Dadı qəbul edən dil məməcikləri şişir və 15 dəfəyə qədər böyüyür. Qeyri-adi rəng isə göbələk florasının inkişafı nəticəsində yaranır.
Xəstəlik çox zaman siqaret çəkən və ağız gigiyenasına diqqət etməyən insanlarda müşahidə edilir.


Çiyələklərin içindən iynə çıxdı


Avstraliyada içərisində iynə olan çiyələklər aşkar edildi. Hafta.az yazır ki, Trend-in məlumatına görə, bundan sonra Kuinslend ştatında mağazalarda çiyələklər satışdan yığışdırılıb. Qeyd olunur ki, azı, 10 çiyələyin içərisindən iynə çıxarılıb. Yerli polis bu hadisənin çiyələk sənayesinə qarşı təxribat olduğunu bildirir. Artıq Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırdığını elan edib. Hazırda Kuinslend polisi bu təxribatın bir nəfər və ya daha çox şəxs tərəfindən həyata keçirildiyini araşdırır.
Bundan başqa, dünən mağazaların birində 62 yaşlı qadın bananın içərisinə iynə salarkən saxlanılıb. Həmin qadının əqli cəhətdən qüsurlu olduğu və çiyələk xəbərlərinin təsiri altında bu hərəkəti etdiyi bildirilir.


İsmayıllı sakini bədəninə mismar batırdı –polisə şikayət etdi


İsmayıllı rayon sakini tanımadığı şəxs tərəfindən döyüldüyünü iddia etdi. Hafta.az yazır ki, Oxu.az-ın məlumatına görə, Gözəlov Avtandil Firudin oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək döyüldüyünü bildirib. Onun sözlərinə görə, axşam saatlarında evinə gedərkən naməlum şəxs tərəfindən saxlanılıb və zorla çay kənarına aparılıb. A.Gözəlov bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirildiyini deyib. İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, spirtli içki aludəçisi olduğundan, hər gün işdən sonra yaxınlıqda yerləşən kafelərdə içki qəbul edir. Sentyabrın 15-i saat 20:00 radələrində də spirtli içki qəbul etdikdən sonra evə qayıdarkən içkinin təsirindən evinin yolunu səhv salıb və yaxınlıqdakı “Talıstanaltı” deyilən meşə sahəsinə gedərək yolu azıb. Həmin vaxt üzərində olan mobil telefonla yaxınlarına məlumat verə bilməyib və əsəbləşib. Haradan tapdığını və sonradan da hara atdığını xatırlamadığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq, özünə xəsarət yetirib.
Araşdırma zamanı məlum olub ki, vətəndaş A. Gözəlov 2015-ci ilin iyun ayında da sərxoş vəziyyətdə olarkən tanımadığı şəxs tərəfindən döyülməsi barədə İsmayıllı RPŞ-ə ərizə ilə müraciət edib. Həmin ərizə üzrə araşdırma zamanı dediyi məlumat öz təsdiqini tapmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018