Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Berlin-Əlcəzair: qaçqınlar problemi üzrə razılıq əldə edilib
Tarix: 18.09.2018 | Saat: 14:23:00
Bölmə:Dünya | çapa göndər

Əlcəzair Almaniyada sığınacaq verilməsi imtina olunduqdan sonra oradan məcburi çıxarılacaq vətəndaşlarını qəbul etməyə hazırdır. AZƏRTAC xəbər verir ki, bu fikri ölkənin Baş naziri Əhməd Uyahya AFR kansleri Angela Merkelin Əlcəzairə səfəri zamanı səsləndirib.

“Biz beş min də miqrant qəbul edərik”, - deyən Uyahya onu da əlavə edib ki, bu addım söhbətin Əlcəzair vətəndaşlarından getdiyi dəqiq müəyyənləşdirildikdən sonra atılacaq.

Məlumatda 3700 nəfər əlcəzairliyə AFR ərazisini dərhal tərk etmək barədə göstəriş verildiyi bildirilir.

Merkel öz növbəsində danışıqların gedişindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, deportasiya prosesini daha səmərəli etmək məqsədilə yeni “müsbət modallıqlar” əldə olunub. Berlin gənc əlcəzairlilərin Almaniyaya leqal gəlmək imkanının olması üzərində işləyəcək. Bu baxımdan söhbət viza məsələlərində irəliləyişdən gedir.

Angela Merkel Əlcəzairə Avropa İttifaqının sentyabrın 19-20-də Avstriyanın Zaltsburq şəhərində keçiriləcək fövqəladə sammiti ərəfəsində gedib. Sammit iştirakçıları miqrasiya problemini müzakirə edəcəklər. Bundan əvvəl Avstriyanın federal kansleri Sebastyan Kurts dekabr ayında Vyanada Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə Afrika üzrə yüksək səviyyəli görüş keçirilməsini təklif etmişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Sabirabad sakini armaturların altında qalaraq ölüb