Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu cür təlim proqramları qadın sahibkarlar üçün çox faydalıdır" - Sanjay Rana
Tarix: 18.09.2018 | Saat: 13:48:00
Bölmə:Sosial | çapa göndər

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnvestisiya Layihəsi tərəfindən təşkil olunan və Hindistanın Kerala ştatının Kudumbashree təşkilatından olan təlimçilərin dəstəyi ilə keçirilən biznesin inkişafı və idarəedilməsi təliminə qatılan gənclər və qadınlarla görüşmək üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi cənab Mirzə Əliyevlə və Kənd İnvestisiya Layihəsinin mütəxəssisləri ilə görüşən səfir qarşılıqlı faydalı təlim proqramları üçün Hindistanla Azərbaycan arasında hökumətlərarası əməkdaşlığı müzakirə edib.

Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, beş pilot rayondan olan Qadın İnkişaf Qruplarının və Gənclər İcma Biznes Təbliğatçılarının üzvləri üçün Kənd İnvestisiya Layihəsi təlim kursu 2018-ci ilin sentyabrın 6-dan 17-dək olan tarixdə keçirilib. Proqram çərçivəsində gənclər və qadınlar Kudumbashree layihəsinin təlimçiləri tərəfindən biznesi idarə etmənin uğurlu yolları, biznes planlarının tərtib olunması, layihə hesabatlarının hazırlanması, banklardan zəruri maliyyənin alınması, məhsulların və xidmətlərin marketinqi üçün tələb olunan bacarıqlarla bağlı təlimləndirilib.

Bu təlim Kənd İnvestisiya Layihəsinin Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması proqramının tərkib hissəsidir və proqram çərçivəsində 88 qadından ibarət Qadın İnkişaf Qrupları beş rayonda – Masallı, Lənkəran, İsmayıllı, Balakən və Ağdamda təlimdə iştirak edirlər. Bu model Dünya Bankının dəstəyi ilə 2018-ci ilin martında Hindistana təşkil olunan səfərdən sonra təqdim olunub.

Pilot üçün texniki yardım Hindistanın Kerala ştatı Hökumətinin Yoxsulluğun Azaldılması və Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması Proqramı tərəfindən təmin edilib. Hindistan və Azərbaycan hökumətləri arasında bu əməkdaşlıq Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq proqramı vasitəsilə həyata keçirilib.

Təlim iştirakçıları ilə görüşdə çıxış edən səfir Sanjay Rana qadınların səlahiyyətlərinin artırılması sahəsində Hindistanla Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açıb. “Bu cür təlim proqramları qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün çox faydalıdır. Kudumbashree layihəsinin təlimçiləri Hindistanda çox uğur qazanıblar və əminəm ki, onların təcrübəsi Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılmasına töhfə verəcək”, - səfir deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018