Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Səs” informasiya agentliyi mövqeyi olan informasiya resursudur” – Bəhruz Quliyevlə yubiley müsahibəsi
Tarix: 18.09.2018 | Saat: 13:34:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycanın informasiya məkanında özünəməxsus yeri olan “Səs” informasiya agentliyinin 10 yaşı tamam olur. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürütməyi qarşısına məqsəd qoyan SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub.

“Səs” informasiya agentliyinin rəhbəri Bəhruz Quliyevlə 10 il əvvələ qayıdıb agentliyin bu müddət ərzində keçdiyi yola yenidən nəzər saldıq. Agentliyin rəhbəri hafta.az-a müsahibəsində bildirdi ki, SİA mövqeyi olan informasiya resursudur. Bəhruz müəllimlə müsahibəmizi oxuyandan sonra agentlik 10 il əvvəl hansı zərürətdən sonra yaranıb, bundan başqa, SİA ölkədən xaricdə nə kimi uğurlar qazanıb... Yaxşısı budur, gəlin birlikdə oxuyaq.

-Bəhruz müəllim, “Səs” informasiya agentliyinin 10 yaşı tamam olur. Yubleyinizdir. Bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Söhbətimizə elə bir sualla başlamaq istəyirəm, 10 il əvvəl SİA-nın fəaliyyətə başlaması hansı zərurətdən doğmuşdu?

-Sizə onu deyim ki, 2008-ci ildə informasiya bazarında boşluq hiss elədim. Obyektiv və real informasiya verəcək agentliyə təlabat hiss olunurdu. İnformasiya bazarındakı bu boşluq daha obyektiv informasiya agentliyinin yaranmasını labüdləşdirirdi. Seçki öncəsi idi. Qarşıma qoyduğum ən vacib məqsəd yaradılacaq informasiya agentliyi Azərbaycan reallığını xaricdə düzgün əks etdirməli, xarici mətbuata düzgün məlumat çatdırmalı idi. Eyni zamanda, ilk amalım Beynəlxalq Mətbuat Şurasına çıxmaq idi, qarşıma bunu əsas məqsəd kimi qoymuşdum. Ona görə də yarandığımız gündən üç dildə fəaliyyətə başladıq.

-Bəs nə vaxt qeydiyyatdan keçdiniz? Yadınızdadırmı həmin tarix?

-2008-ci ilin iyulun 23-də qeydiyyatdan keçdik. Müəyyən səbəblərə görə fəaliyyətə bir az gec başladıq. Avqustun 4-dən etibarən biz tam şəkildə fəaliyyətə keçdik. Üç dildə fəaliyyətə başlayan “Səs” İnformasiya Agentliyi tezliklə həm daxili, həm də xarici informasiya bazarında öz oxucularını tuta bildi. Sözün əsl mənasında, biz o dövrdə - 2008-ci ildə informasiya bazarındakı boşluğu doldura bildik. Beləliklə “Səs” İnformasiya Agentliyi yarandı.

-Azərbaycanın informasiya məkanında kimləri, hansı media qurumlarını özünüzə rəqib görürsünüz?

- Qeyd edim ki, informasiya agentliklərini, portalları, elektron medianı özümə rəqib görmürəm. Çünki mən öz işimlə məşğulam. “Səs” İnformasiya Agentliyi bir tərəfdən informasiyanı emal edir, oxucuya çatdırır. Öz auditoriyasını cəmləyib. Eyni zamanda, agentlik informasiya resursu deyil, həm də ideoloji agentlikdir. Dövlətin ideoloji işini təbliğ edir. Dövlətçilik yolunda hər hansı qeyri-hökümət təşkilatının, ictimai-siyasi insitutların gördüyü işlərdə biz onlara informasiya dəstəyi veririk. “Səs” İnformasiya Agentliyinin digərlərindən fərqi odur ki, istənilən vaxt xalqın hər hansı problemini obyektiv olaraq oxucuya çatdıra bilir. Bundan başqa, jurnalist etikasına uyğun olaraq, əsaslandırılmış və dəqiqləşdirilmiş jurnalist tədqiqatı aparmağı bacarır. Baxın, bizdə çox maraqlı jurnalist araşdırmaları, tədqiqatları gedir. Həm də ideoloji işə biz daha çox üstünlük veririk. Hər bir agentlik informatordur, informasiyanı dəqiqləşdirir, emal edir və satır. Amma “Səs” İnformasiya Agentliyi müstəqil fəaliyyəti ilə yanaşı, dövlətçilik mövqeyindən çıxış edərək lazım gələn zaman ideoloji iş də apara bilir. Müasir dünyanın tələbləri onu deyir ki, hər bir informasiya resursu, hər bir portal özünün dövlətçilik mövqeyini ortaya qoymalıdır. Hər bir jurnalist də özünün vətəndaşlıq mövqeyini sərgiləməlidir. Hesab edirəm ki, bütün informasiya resursları bunu eləmir. Amma bizim agentliyimiz bəzi vacib anlarda mövqeyini ortaya qoyur. “Səs” informasiya agentliyi mövqeyi olan informasiya resursudur. Biz adətən deyirik ki, jurnalistika ilə məşğul olan qurumun mövqeyi olmamalıdır. Mən isə deyirəm ki, hər bir agentlik, portal, informasiya resursu dövlət, xalq, dövlətçiliyin möhkəmlənməsi naminə öz mövqeyini ortaya qoymalıdır. Hesab edirəm ki, “Səs” İnformasiya Agentliyi bunu bacarır.

-Bu 10 il ərzində dövlətin dəstəyini hiss etmisinizmi?

-Əvvəla onu deyim ki, “Səs” informasiya agentliyi “Səs” qəzetinin bazasında formalaşıb. “Səs” qəzeti də 1991-ci ildən işıq üzü görən bir qəzetdir. Artıq 27 ildir ki, fəaliyyətdədir. Fəaliyyət göstərdiyi illər ərzində “Səs” həmişə dövlət dəstəyi ilə əhatə olunub. Amma “Səs” İnformasiya Agentliyi “Səs” qəzetinin bazasında formalaşdığına görə, tam müstəqil fəaliyyət göstərib. Yalnız cənab prezidentin jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncama uyğun olaraq, jurnalistlər üçün tikilən evlərdən bizim agentliyin əməkdaşları da bəhrələnib. “Səs” İnformasiya Agentliyindən haradasa 6 nəfər jurnalist mənzillə təmin olunub. Dövlət sözün əsl mənasında mətbuatın inkişafı üçün zəruri şərait yaradır. Bunun üçün münbit hüquqi baza var. Yeri gəldikdə, bununla bağlı dövlət başçısının tövsiyyələrindən bəhrələnirik. Eyni zamanda, azad mətbuatın inkişafı naminə liderin, prezidentin iradəsi var. Hesab edirəm ki, infomasiya agentlikləri və media resursları üçün elə bu dövlət dəstəyi deməkdir. İnkişaf üçün qanunlar, tövsiyyələr, rəhbərin iradəsi əsas şərtdir. Bütün bu sadaladıqlarımla bağlı hər şey ortadadır. Bundan artıq biz dövlətdən nə dəstək istəyə bilərik ki?! Biz müstəqil qurum olduğumuz üçün müxtəlif reklamlarla, abunəçilərin sayı ilə agentliyimiz özü özünü dolandırır. Dövlət dəstəyi olaraq yuxarıda sadaladığım amillərdir ki, onlardan da bəhrələnirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018