Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“15 sentyabr tariximizin ən şanlı, qürürverci səhifələrindən biridir” – Məlahət İbrahimqızı
Tarix: 18.09.2018 | Saat: 14:19:00
Bölmə:Siyasət | çapa göndər

“Sentyabrın 15-də Azərbaycan dövlətinin dəstəyi ilə Bakının bolşevik-erməni daşnaklarının işğalından azad olunmasının 100 illiyi təntənəli şəkildə qeyd olundu. Azərbaycan və Türkiyə prezidentlərinin bu paradda iştirakı ölkələrimiz arasındakı dostluq, qardaşlıq əlaqələrinin 100 il bundan öncəyə dayandığını, tarixi köklərə əsaslandığını ortaya qoydu. Azərbaycan və Türkiyə hərbçilərinin hərbi paradda iştirakı bizi istəməyən qüvvələrə, düşmənlərimizə göz dağı idi”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində, taleyində möhtəşəm əhəmiyyətə malikdir:

“Azərbaycan ictimaiyyəti artıq neçə illərdir bu şərəfli tarixi qeyd edir. Çünki 15 sentyabr Azərbaycanın 20-ci əsrdəki tariximizin ən şanlı, qürürverci səhifələrindən biridir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də xaricdə dostların, diasporumuzun, diplomatik korpusların, eləcə də qardaş Türkiyənin dəstəyi ilə birgə qeyd edirik. 15 sentyabr 1918-ci ildə Bakının azad olunması da onun qədər mühüm əhəmiyyətə malikdir. O zaman Bakının işğaldan azad olunması, bütövlükdə Azərbaycanın işğaldan azad olunması demək idi. Biz 15 sentyabrı Azərbaycanın parçalanmasının, dünya xəritəsindən silinməsinin qarşısının alındığı bir tarix kimi qiymətləndiririk. Erməni daşnakları, onları dəstəkləyən bolşeviklər və bir sıra imperalist qüvvələr 1918-ci ilin əvvələrindən başlayaraq Azərbaycan xalqına divan tutmağa, kütləvi qətliamlar həyata keçirməyə başlamışdılar. Bilirsiniz ki, həmin ərəfədə Osmanlı imperiyası qürub çağını yaşayırdı. Dünyanın bütün imperalist qüvvələri ona qarşı hücuma keçmişdilər. Belə bir ağır məqam olmasına baxmayaraq, Azərbaycan xalqının dadına, harayına qardaş Türkiyə çatdı”.

Millət vəkili bildirib ki, bizim Türkiyə ilə tariximiz, etnik kimliyimiz, dilimiz, mədəniyyətimiz hətta dinimiz də birdir:

“Türk xalqı daim öz hümanistliyi ilə seçilib. Avropada yəhudilərə divan tutulanda Osmanlı dövləti onlara qucaq açıb. Bundan başqa, son illərdə Suriyadan olan 3 milyon qaçqına da məhz Türkiyə sahib çıxdı. Onları öz sərhədləri daxilində yerləşdirdi, yemək-içməklə təmin etdi. Biz də zaman-zaman bu cür multukultural keyfiyyətlərimizi ortaya qoymuşuq. Başqa millətlərə öz ölkəmizdə yer vermişik. Bir daha qeyd etmək istəyirəm ki, 15 sentyabr – o möhtəşəm hadisə, Bakının işğaldan azad olunması baş verməsəydi, bəlkə də xalqımız heç zaman müstəqilliyinə qovuşa bilməyəcəkdi. Hesab edirəm ki, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm tədbirlər xalqımızda torpaqlarımızın tezliklə azad olunacağına inamını daha da artıracaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018