Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çexiyanın Azərbaycandakı səfiri BDU-da olub
Tarix: 18.09.2018 | Saat: 15:44:00
Bölmə:Sosial | çapa göndər

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert və səfirin müavini Petr Vaqner Bakı Dövlət Universitetində olublar.

BDU-dan hafta.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq bu ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, o cümlədən Çexiyanın Karlova Universiteti, Kimya Texnologiyaları İnstitutu, Mendel adına Dövlət Universiteti ilə əməkdaşlığından bəhs edib. Rektor bu görüşün əməkdaşlığın daha da genişlənməsinə təkan olacağına ümidvar olduğunu bildirib.

Səfir Milan Ekert, öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edərək Çexiya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib, elm və təhsil sahəsində həyata keçirilən layihələrin önəmindən bəhs edib.

Səfir müavini Petr Vaqner Azərbaycanda çalışdığı son illər ərzində Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab hazırlamasından, ölkələrimizin taleyində oxşarlıqların olmasından danışıb.

Görüşdə ERASMUS proqramı çərçivəsində həyata keçirilən layihələr, universitetlərarası müəllim-tələbə mübadiləsi, birgə konfranslar, yay məktəblərinin təşkili kimi məsələlər müzakirə olunub.

Sonra qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Sabirabad sakini armaturların altında qalaraq ölüb