Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hərbi parad Türkiyə ilə qardaşlıq münasibətlərimizi bir daha isbatladı” – Elnur Soltanov
Tarix: 18.09.2018 | Saat: 15:36:00
Bölmə:Siyasət | çapa göndər

“Artıq bizim regionda qütbləşmə prosesi gedir. Azərbaycan da bu qütbləşmədə yer alan dövlət deyil. Rəsmi Bakı heç kimə qarşı olmaq istəmir. Azərbaycan ancaq öz milli maraqları üçün çalışan dövlətdir. 15 sentyabrda Azadlıq meydanında təşkil olunan hərbi parad bizim Türkiyə ilə sıx əməkdaşlıq və qardaşlıq münasibətlərimizi istbatlayan bir parad idi. Bəlkə də xalqımıza həmin qürur duyğusunu yenidən yaşatmaq üçün ortaya qoyulmuş bir hadisə kimi də qiymətləndirmək olar”.

Bunu hafta.az-a açıqlamasında politoloq Elnur Soltanov deyib. Politoloq 15 sentyabrda Qafqaz islam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibəti ilə Bakının Azadlıq meydanında təşkil olunmuş hərbi parad barədə danışarkən onu yüksək qiymətləndirdiyini vurğulayıb: “1918-ci ildəki Osmanlı ordusu ilə Azərbaycan Cümhuriyyətinin orduları indiki ordularla heç bir halda müqayisəyə gələ bilməz. Bu gün Türkiyə nəhəng dövlətdir. Eyni zamanda, bizim də indiki ordumuz yüz il əvvəlki silahlı qüvvələrimizlə müqayisə oluna bilməz. Məncə, bu paradı təşkil etməklə dövlətimiz bunu qarşısına məqsəd qoymuşdu. Yəni, məqsəd həmin dövrlə müqayisədə ordumuzun xeyli gücləndiyini göstərmək idi. Amma bu Türkiyə ilə Azərbaycanın münasibətlərinin gündən-günə daha da sıxlaşması tarixi köklərlə bağlıdır. Yəni, bu tendensiya dövlətlərin hər hansı bir ölkəyə görə yaxınlaşması anlamına gəlmir”.

Politoloqun fikrincə Azərbaycan region ölkələri ilə münasibətləri Rusiya ilə paralel şəkildə aparır. Bu da çox əhəmiyyətlidir: “Yəni, Türkiyə ilə yaxın olmaq hər hansı bir dövlətdən uzaqlaşmaq anlamına gəlmir. Üç gün öncə baş tutan hərbi parad bu konteksdən də çox maraqlıdır. Heç bir şəkildə Türkiyə ilə Rusiyanı müqayisə etmək istəmirəm. Bizim üçün Türkiyənin mənası, məğzi bütün anlayışların üzərindədir. Ankara ilə Bakının münasibətləri dünyada tayı-bərabəri az olan, bəlkə də olmayan münasibətlərdir. Eyni zamanda biz tariximizdə ilk dəfə olaraq həm Rusiya, həm də Türkiyə ilə münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir dönəmdəyik. Əlbəttə, bunun birinci səbəbi Rusiya ilə Türkiyənin bir-biri ilə yaxınlaşmasıdır. İkinci səbəbi isə hər iki ölkənin Qərblə olan münasibətlərindəki gərginlikdir”.

Elnur Soltanovun sözlərinə görə, tarixi nöqteyi nəzərdən baxanda da görürük ki, Türkiyə Rusiya yaxınlaşması fonunda bəzi istisnalar olmaq şərti ilə Azərbaycan üçün çox da pis şeylər baş verməyib: “İnşallah, Azərbaycan öz milli maraqları çərçivəsində bu yaxınlaşmadan istifadə edərək Dağlıq Qarabağ mövzusunda yeni bir həmlə etmək istəyir. Yəni, diplomatik, siyasi həmlə etməyə çalışır. Ümumi konteksdə götürdükdə bu, keyfiyyətcə yeni yaranan ümumi münasibətlər “üçbucağının” ifadələrindən biridir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018