Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
Tarix: 18.09.2018 | Saat: 16:38:00
Bölmə:Sosial | çapa göndər

Sentyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

ADU-dan hafta.az-a verilən məlumata görə, rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələrinə mühazirə dediyinə görə səfirə öz təşəkkürünü bildirib. Rektor səfiri yeni tədris ilində də ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edən Sanjay Rana bildirib ki, Azərbaycan Dillər Universiteti səfirliyin işinə hər zaman dəstək olur.

Görüşdə Sanjay Rana Kamal Abdullanı Hindistana səfərə dəvət edib.

Mahatma Qandinin 150 illiyi ilə bağlı silsilə mədəni tədbirlərin keçiriləcəyini bildirən diplomat ADU tələbələrinin bu tədbirlərdə fəal iştirakına ümid etdiyini söyləyib.

Hindistanın ölkəmizdəki səfiri əlavə edib ki, ADU-da hind dilini öyrənən tələbələrin sayının çox olmasını arzulayır.

Səfir böyük hind yazıçısı Rabindranat Taqorun Azərbaycan dilində yeni kitabının işıq üzü görəcəyini diqqətə çatdırıb və nəşrə Kamal Abdullanın ön söz yazmasını təklif edib.

Rektor Kamal Abdulla səfirin təkliflərini müsbət qarşılayaraq, ona öz təşəkkürünü bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
Hava şəraiti dəyişəcək - Proqnoz
“Məmmədyarovla belə bir problemimiz yoxdur” - Mnatsakanyan
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib