Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeniləşən və abadlaşan köhnə Suraxanı - REPORTAJ
Tarix: 18.09.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Vaxtilə Ulu Öndər Heydər Əliyev qədim Suraxanıda aparılan quruculuq, tikinti və abadlıq işlərini görüb adıçəkilən rayonu digər rayonlara nümunə kimi göstərmişdi. Elə o dövrdən bugünə kimi, Ulu Öndərə ehtiram və hörmət olaraq Suraxanı nümunəliyini qoruyub saxlayır.

Əvvəlki illərdən fərqli olaraq, Suraxanıda tikinti, abadlıq və bərpa işləri daha da sürətlənib. Bu işlər rayon rəhbərliyinin vətənpərvərliyindən, dövlətimizə və prezidentimizə olan məhəbbətindən və sadiqliyindən irəli gəlir. Adıçəkilən rayonda salınan yaşıllıqlar, park və istirahət guşələri, abadlaşan yollar bir daha bunu təsdiq edir. Tikinti və təmir işləri isə ən çox Qaraçuxur qəsəbəsində aparılır. Elə bu səbəbdən də “Həftə içi”nin əməkdaşı olaraq yolumuzu Qaraçuxur qəsəbəsindən saldıq. Həqiqətən də sadə və zəhmətkeş insanlar tərəfindən görülən abadlıq işləri göz oxşayırdı.
Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsində vaxtilə Qaraçuxur Bələdiyyəsi tərəfindən salınmış “Şəhidlər unudulmur” abidə-kompleksinin ətrafı yenidən bərpa olunub. Abidənin ön tərəfindəki meydançaya asfalt örtük vurulub. Ətrafına qazon salınıb, eləcə də ağac və gül bitkiləri əkilib. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Eləcə də Cəlal Qurbanov küçəsi mərkəzi asfalt yol qurtarana kimi abadlaşıb. Yol kənarında salınmış parkda təmir və bərpa işləri aparılıb. Səkilər yeniləşib, yolqırağı ağaclar əkilib.Yaşıllıq zolaqlarına su xətti çəkilib, ağaclar vaxtlı-vaxtında suvarılır. Küçə işıqları təmir edilib.
Sonra Etibar Bəkirli küçəsində olduq. Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfovu ərazidə iş başında gördük. Ərazidə aparılan tikinti, abadlıq işlərinə bələdiyyə sədri özü nəzarət edirdi.


İxtiyar Nəcəfov qəsəbədə görülən işlərlə bizi tanış edərək, bu işlərinin rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun şəxsi nəzarəti altında aparıldığını dedi. Onun sözlərinə görə, başçı rayon ərazisini gəzir, sakinlərlə görüş keçirir. Onları dinləyir və problemləri ilə maraqlanır. Sonra problemlərin həlli istiqamətində tapşırıq və göstərişlərini verir. Rayonda abadlıq işlərini sürətlənib. Hər həftənin şənbə günü ümumrayon iməciliyi keçirilir və baçşı özü də həmin iməcilikdə bizimlə bərabər işləyir: «Görürsünüz, Etibar Bəkirli küçəsi necə abadlaşır. Əvvəllər bu küçədə natəmizlik hökm sürürdü. Məhəllədaxili yollar bərbad vəziyyətdə idi. İlqar Abbasovun özünün göstərişi və iştirakı ilə qəsəbədə böyük iməciliklər yolu ilə abadlıq işləri aparılıb. Məhəllədaxili yollar asfaltlanıb. Bələdiyyənin vəsaiti hesabına mişar daşı ilə 380 metr uzunluğunda küçəboyu hasar hörülüb və suvaq vurularaq rənglənib. Eləcə də yaşıllıqlar salınıb. Ağacları və yaşıl zolaqları suvarmaq üçün 1 000 metr uzunluğunda su xətti çəkilib. Hələ də işlər davam edir. Hazırlıq işləri aparılır. Yolqırağı ərazi alaq otlarından və kollardan təmizlənib, hamarlanma işləri aparmışıq. Əkin üçün yararlı torpaq gətirərək çalaları doldururuq. Ağac çalaları qazılıb, qazon salınacaq, ağaclar, kollar əkəcəyik”.
Bələdiyyə sədri sonra bizi qəsəbənin digər ərazilərində tikinti və abadlıq işləri ilə də tanış edib dedi ki, Qaraçuxur qəsəbəsindən metronun “Xalqlar dostluğu” istiqamətinə gedən, təxminən, 5 kilometr uzunluğunda olan mərkəzi yolun kənarında mişar daşı ilə hasar hörülür: “Ərazinin böyük hissəsinə hasar çəkilib. Eləcə də piyadalar üçün yol da çəkilib, səkilər qoyulub. A. Şadlinski, Kərimzadə, İlqar Musayev və Vağzal küçələrində də abadlıq, tikinti və quruculuq işlərinə başlamışıq. “Qartal” abidəsinin ətrafı yenidən təmir edilib, qazon döşənilib. Adıçəkilən abidədən qəsəbənin 4 yol dairəsinə qədər yolun hər iki tərəfi abadlaşıb. Səkilər yeniləşib. Yolqırağı barılar rənglənib, yaşıllıqlar salınıb”.

Arif adlı sakin Qaraçuxur qəsəbəsində yaşadığını və uzun müddət tikinti sahəsində çalışdığını və bu sahənin mütəxəssisi olduğunu dedi. Onun sözlərinə görə, Suraxanıda aparılan abadlıq işləri hər bir sakinin ürəyincədir. İşlər keyfiyyətli və səliqəli şəkildə aparılır: “Müasir tələblərə cavab verən salınan park və istirahət guşələri, çəkilən asfalt yollar isə köhnə Suraxanını müasir şəhərə çevirib. Bütün bu işlər RİH başçısının rəhbərliyi ilə ölkə başçısının biz suraxanılılara olan diqqət və qayğısının nəticəsində həyata keçirilib. Suraxanıda sakinlərin sosial problemləri öz həllini tapıb. Hətta qəsəbələrdə veteranlar üçün guşələr tikilib. Bizə göstərilən qayğıya görə, sakinlər adından möhtərəm prezidentimiz İlham Əliyevə və RİH başçısı İlqar Abbasova öz təşəkkürümüzü bildiririk”.
Qaraçuxur qəsəbəsində böyük bir ərazini əhatə edə Milli Qəhrəmanın adını daşıyan park sökülərək yenidən qurulur. Bu haqda gələn saylarımızın birində ətraflı məlumat verəcəyik. Könülləri oxşayan və paytaxtımızı müasirləşdirən abad qəsəbələri və eləcə də salınan tikililəri, parkları görəndə dünyaşöhrətli alim Xudu Məmmədovun bir kəlamı yada düşür:
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018