Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda müəllimə ilk dərs günü dünyasını dəyişdi - GÜNÜN TƏZADLARI
Tarix: 18.09.2018 | Saat: 19:45:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin müəllimi ilk dərs günü – sentyabrın 17-də vəfat etdi. Hafta.az yazır ki, məktəbin direktoru Sevinc Budaqova AzVision.az-a bildirib ki, ingilis dili müəllimi Nairə Məmməd qızı Məmmədova səhər saatlarında ömrünün 45-ci ilində dünyasını dəyişib. “Nairə xanım bazar ertəsi səhər saatlarında işə gələrkən yolda ürəyi tutub. İnfakt keçirib və həyatını xilas etmək mümkün olmayıb. Çoxdandır, ağrıyırdı, həkimə də getmirdi. İşinə çox bağlı insan idi". Qeyd edək ki, N.Məmmədova Azərbaycan Dövlət Dillər Universitetini bitirib. 1994-cü ildən ingilis dili müəllimi kimi 46 nömrəli məktəbdə fəaliyyətə başlayıb.


Azərbaycanlı ailəyə qarşı zorakılığa görə bütün Belçika ayağa qalxdı


Azərbaycandan olan qadının beş uşağı ilə birlikdə zorla xüsusi mərkəzdə saxlanılmasına qarşı Belçikanın 8 şəhərində etiraz aksiyaları keçirildi. Hafta.az-ın verdiyi xəbərə görə, Virtualaz.org xatırladır ki, daha əvvəl Belçikanın miqrasiya xidmətləri qərar qəbul etmişdilər ki, bundan sonra məhkəmədə işlərinə baxılan miqrantlar ixtisaslaşdırılmış mərkəzlərdə yerləşdiriləcək. Hüquq müdafiəçiləri hesab edirlər ki, yerli həbsxanalarda saxlanma şəraiti miqrantların saxlanıldığı mərkəzlərdə olduğundan daha yaxşıdır. Belə qətimkan tədbiri ilk dəfə Azərbaycandan olan qadın və onun beş uşağı, həmçinin Serbiyadan bir ailə barəsində tətbiq edilib. Miqrantlarla qəddar rəftar adi belçikalılarda hiddət dalğası doğurub və onlar sosial şəbəkələr vasitəsilə miqrasiya mərkəzləri qarşısında etiraz aksiyaları keçirməyə çağırırlar. Keçən cümə günü belə etiraz aksiyaları Brüsseldə, Namyurda, Sen-Jilldə, Monsda, Lyejdə, Arlonda və başqa şəhərlərdə keçirilib. Qeyd edək ki, Belçika İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qınanmaya görə miqrantların zorakı həbsi təcrübəsindən 10 il əvvəl rəsmən imtina edib. Amma indiki hökumət bu qeyri-insani təcrübəyə qayıtmağa qərar verib.


Bakıda çəkiliş zamanı sürücü “ATV” əməkdaşına hücum etdi


Bazar ertəsi “ATV” telekanalının əməkdaşları Nəsimi rayonunda çəkiliş apararkən insident baş verdi. Hafta.az yazır ki, Publika.az-ın əldə etdiyi məlumata görə, telekanalın “Xəbərlər” buraxılışı üçün Cavadxan küçəsində süjet hazırlayan müxbir, 1989-cu il təvəllüdlü Məmmədov Əhməd Məhəmmədəli oğlu və operator, 1979-cu ildə anadan olmuş Soltanov Mirəziz Mirəli oğlu oradakı taksi sürücüsünün hücumuna məruz qalıb. Belə ki, çəkiliş qrupu saat 12 radələrində taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi mövzusu ilə bağlı süjet hazırlayarkən dayanacaqda dayanmış “Lada Priora” markalı taksinin sürücüsü bıçaqla onlara hücum edib. Həmin şəxs çəkiliş qrupundan çəkdikləri kadrları silməsini tələb edib.
“ATV”nin müxbiri və operatoru üzləşdikləri hadisəsi ilə bağlı ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Əlifov Şükür Oqtay oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir.


Suriya HMQ Rusiyanın hərbi təyyarəsini vurdu


Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vuruldu. Hafta.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub. İsrail Ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib. Bundan əvvəl Rusiya MN belə məlumat yayıb: "Sentyabrın 17-si saat təqribən 23.00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib. Təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib”.


111 yaşında məşq edən kişi üzə çıxdı


ABŞ vətəndaşı, 111 yaşlı Henri Tszenin gündəlik rejimi marağa səbəb oldu. Hafta.az yazır ki, Trend-in məlumatına görə, Henri hər gün məşq zalına baş çəkir. O, səhərlər 30 dəqiqə trenajor zalında məşq etdikdən sonra yoqa ilə məşğul olur. Henri belə məşqləri o qədər də çətin hesab etmir. O bildirir ki, 90 yaşında akrobatika ilə məşğul olurdu. Henrinin qızı bildirib ki, atası həmişə sağlam həyat tərzi sürüb, həmişə idman edib, heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib. O, qida rejiminə də daim nəzarət edib. Henri hər gün səhər 2 yumurta, yarım qreypfurt, banan, yağ və cem yeyir. Qəhvə və portağal şirəsi içir. Naharda isə o, sevimli italyan, Çin və ya Meksika mətbəxindən yararlanır. Şam vaxtı isə şorba və ya yağsız qızardılmış ət yeyir. Henri hərdən şirin qidaların - keks və tortun da dadına baxır.


Beşqat Avropa çempionu evində ölü tapıldı


Rusiyalı kinqboksçu Diana Karatayeva Abakandakı evində (Xakasiya Respublikası) ölü tapıldı. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı məlumatda deyilir ki, mərhumun meyitini dostları tapıblar. Tanınmış idmançının dəm qazından öldüyü bildirilir. Hadisə ilə bağlı araşdırma başlayıb, başqa detallar açıqlanmır. Qeyd edək ki, Rusiyanın kinqboksinq millisinin üzvü olan D.Karatayeva 5 dəfə kikboksinq üzrə Avropa çempionu olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018