Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
Tarix: 19.09.2018 | Saat: 10:22:00
Bölmə:Sosial | çapa göndər

Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilən 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksi istifadəyə verilib.

SOCAR-dan hafta.az-a bildirilib ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib.

Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanılıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər var. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətrafı abadlaşdırılıb.

Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Prezident İlham Əliyev neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.”

Daha sonra R.Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək burada mənzil alan neftçilərə order və açarları təqdim edib.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018