Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəzərdə Azərbaycan-Rusiya birgə sərhəd təlimləri keçirilib
Tarix: 19.09.2018 | Saat: 11:16:00
Bölmə:Gündəm | çapa göndər

 

Dövlət Sərhəd Xidməti (DSX) ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir.

DSX-dən hafta.az-a verilən məlumata görə, 16-18 sentyabr tarixlərində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant A.Buyerovun rəhbərliyi ilə “Brilliant” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Səfər zamanı tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Sentyabrın 18-də Rusiyanın “Brilliant” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimləri keçirilib. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi kimi elementlər icra edilib.

Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmiləri ziyarət edilib.

Qonaqlar mədəni tədbirlər çərçivəsində “Heydər Əliyev Mərkəzi”ndə olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri, o cümlədən “İçərişəhər”, “Atəşgah” və “Qız Qalası” ilə tanış ediliblər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018