Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Tarix: 19.09.2018 | Saat: 12:06:00
Bölmə:İdman | çapa göndər

Sabah Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start veriləcək.

Sentyabrın 27-dək davam edəcək çempionatda 129 ölkədən 800 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Dünya çempionatında ölkəmizi 9 kişi və 6 qadın cüdoçu təmsil edəcək.

Çempionatda fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq.

Yarışın birinci günündə - sentyabrın 20-də 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ertəsi gün kişilər 66, qadınlar isə 52 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Çempionatın üçüncü günündə - sentyabrın 22-də 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində qadınlar medallar uğrunda yarışacaqlar. Bir gün sonra kişilər 81, qadınlar 63 kiloqram çəki dərəcələrində Bakı mundialında mübarizə aparacaqlar. Yarışın beşinci günündə - sentyabrın 24-də 90 kiloqram çəki dərəcəsində kişilər, 70 kiloqram çəki dərəcəsində qadınlar dünya çempionu adı uğrunda güclərini sınayacaqlar. Ertəsi gün kişilər 100, qadınlar 78, sentyabrın 26-da isə kişilər 100 kiloqramdan yuxarı, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcələrində yarışacaqlar. Mundialın sonuncu günündə - sentyabrın 27-də qarışıq komanda yarışları təşkil olunacaq.

Digər günlərdən fərqli olaraq çempionatın sonuncu günündə yarışlar saat 9:00-da start götürəcək.

Dünya çempionatına bilet satışı davam edir. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn qaydada “iTicket.az” saytından almaq olar.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq səhər yarışları üçün 1,5, VIP yerlərə 25, final mərhələsi üçün isə 2 və 10, VIP yerlərə 50 manatdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
Hava şəraiti dəyişəcək - Proqnoz
“Məmmədyarovla belə bir problemimiz yoxdur” - Mnatsakanyan
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib