Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Paşinyan ancaq sayıqlamaqla məşğuldur” – Azər Badamov
Tarix: 19.09.2018 | Saat: 12:25:00
Bölmə:Siyasət | çapa göndər

“Ümumiyyətlə, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan başını itirib. Ağzından çıxan sözlərə nəzarət edə bilmir. Ancaq sayıqlamaqla məşğuldur. Onun içində qorxu və xof var. Səsləndirdiyi sərsəm bəyanatlar da həmin xofdan qaynaqlanır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin oğlunun hərbi xidmət çəkməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edən millət vəkili bildirib ki, Paşinyan Azərbaycan və Türkiyə hərbçilərinin 15 sentyabrda gerçəkləşən möhtəşəm paradından qorxuya düşüb:

“İki qardaş ölkənin bir yerdə olması onu narahat edir. Çünki Azərbaycan günü-gündən güclənir. Biz də öz hərbi gücümüzü bir daha nümayiş etdirdik. Bütün bunlardan sonra Paşinyanın içərisində qorxu hissləri baş qaldırıb. Vahiməyə düşüb. Ona görə də sərsəm-sərsəm ifadələr səsləndirir. Həm prezidentimizin əsgərlikdə olan oğlu ilə bağlı, həm də ayrı-ayrı istiqamətlərdə xoşagəlməz ifadələr işlədir. Onun səsləndirdiyi fikirlərdə həqiqətə uyğun heç nə yoxdur. Ermənistandakı durum, eləcə də küçədən siyasətə gəlmiş Paşinyanın vəziyyəti hamımıza bəllidir”.

Millət vəkili Azər Badamov həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normaları, sülh danışıqları nəticəsində ərazi bütövlüyünü bərpa etməyə çalışır: “Beynəlxalq sülhyaratma missiyalarına daxil olan ölkələrdən hərəkət gözləyir. Ölkəmiz çalışır ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Amma bu gedişlə Paşinyan sərsəm və çaşbaş fikirlər səsləndirməyə davam etsə və həmin fikirləri təkrarlamağa çalışsa, öz fikirlərindən əl çəkməsə, Azərbaycanla danışıqlar masasına oturmağa cəhd göstərməsə o zaman ordumuz Ali baş komandanın tapşırığı ilə işğal altındakı silahlı birləşmələrin hamısını məhv edəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018