Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Polşaya qarşı hərbi təcavüzdən 79 il ötür
Tarix: 19.09.2018 | Saat: 12:36:00
Bölmə:Maraqlı | çapa göndər

Polşanın ölkəmizdəki səfirliyinin elektron səhifəsində yerləşdirilmiş bir məqalə diqqətimi çəkdi. Məqalədə deyilir ki, yaşadığımız bu günlərin polyakların həyatında dərin izi var. Sitat: 23 Avqust 1939-cu il tarixində 3-cü Reyxlə Sovet İttifaqı arasında bağlanmış Molotov - Ribbentrop Paktı üçün gizli protokolun müddəalarını yerinə yetirən sovet əsgərləri məhz 1939-cu il sentyabrın 17-də Polşa ərazisinə daxil olub. Çünki Sovet-Alman müqaviləsi Polşa ərazisini iki totalitar dövlət arasında bölməyi planlaşdırırdı. Sözügedən Paktda Sovet İttifaqı Polşaya qarşı müharibədə Almaniyanı dəstəkləməyə söz vermişdi.

“Sovet hökuməti Almaniyanın təcavüzü nəticəsində Polşa dövlətinin müstəqilliyinə son qoyulmasını qəbul edirdi. Hərbi təcavüzlə əlaqədar hökumətin Varşava şəhərini tərk etməsi isə Sovet qoşunlarının Polşanı işğala başlanmasına bəhanə olub. Beləliklə, Sovet hakimiyyəti ikitərəfli mövcüd sazişləri 1932-ci ildə imzalanmış Polşa-Sovet antitəcavüz müqaviləsi daxil olmaqla, etibarsiz sayırdı. Əslində, Polşanın ali hakimiyyəti sentyabrın 17-dək Polşa ərazisində hələ də qalırdı və prezident İqnatsı Moşçinski Sovet İttifaqının hərəkətlərini təcavüz aktı olaraq təsvir etmişdi. Şübhəsiz, SSRİ-nin bu cür davranışı ikitərəfli sazişlərin və beynəlxalq hüququn pozulması idi” deyilən məqalədə qeyd olunur ki, Polşa tərəfi Sovet qoşunlarına Vilnüs, Qrodno və Lvovda ciddi müqavimət göstərib. Həmin şəhərlərdə, eləcə də İkinci Polşa Respublikasının bütün şərq əyalətlərində, SSRİ polşalı hərbi əsirlərə və mülki şəxslərə qarşı şiddət təşviq edib. Belorusiya və Ukrayna əhalisinin təhlükəsizliyi ilə əlaqədar işğal siyasətinə haqq qazandırılması üçün, Sovet hakimiyyəti bu millətlərin nümayəndələrini ciddi şəkildə polyaklara qarşı qaldırır, insanların nəzərində polyakların düşmən obrazını yaradırdı.

Səfirliyin məqaləsində yazılır ki, Xalq Daxili İşlər Komissarlığı sovet ordusunun müntəzəm bölmələri ilə birlikdə İkinci Polşa Respublikasının ərazisində fəaliyyətə başlayıb. Onların məqsədi Polşa dövlətinin strukturlarını ləğv etmək və potensial müqavimət hərəkatını susdurmaq olub. Bu məqsədlə, SSRİ tərəfindən işğal olunmuş ərazilərdə cəmiyyətin aparıcı nümayəndələri arasında kütləvi həbslər aparılıb. Müharibənin qayda və şərtlərini pozan SSRİ çox sayda polşalı əsgər və zabiti əsir almışdı ki, onların da həyatına hamının bildiyi Katın qətliamında son qoyulub. O vaxt yüz minlərlə polşalı Sovet İttifaqının dərinliyinə - Sibir və Qazaxıstana deportasiya olunub. Sözügedən fəaliyyətlərinin məqəsədi Polşa dövlətçiliyinin tamamilə ləğvi və işğal olunmuş ərazilərin Sovet dövlətinin ərazisinə daxil edilməsi idi.
“Sovet qoşunlarının Polşa ərazisinə daxil olması, hökümətin 1939-cu il sentyabr 17-dən 18-nə keçən gecə prezident Vladıslav Raçkeviç ilə birlikdə sürgündə Polşanın dövlət və hərbi strukturlarının təşkili ilə nəticələnən qərarını sürətləndirib. Beləliklə, Polşa ordusunun xaricdə mübarizə aparmasına imkan verən institusional davamlılıq təmin edilib” deyilən məqalədə qeyd daha sonra olunur ki, 1939-cu ildə müharibəyə cəlb edilmiş Polşanın özünümüdafiədə uduzması dövləti tan tənəzzülə uğrada bilməmişdi. Hər iki işğalçı ölkənin təzyiqinə baxmayaraq, 27 sentyabr 1939-cu ildə Polşa Zəfərinin Xidməti yaradılıb. Polşa müqavimət hərəkatının gizli quruluşları işğal olunmuş Avropada ən böyük “yeraltı dövləti” yaratmağa icazə verib. Bu iki cinayət totalitarizminin siyasətinin nəticəsi isə döyüşdə tək qalmış Polşanın bölünməsi idi. Onlar işğal olunmuş ərazilərdə yaşayan insanlara qarşı dəhşətli və kütləvi qırğınlar törədib və bu qətliamlar 1945-ci ildə, yəni II Dünya müharibəsi başa çatana qədər davam edib.

Məqalənin sonluğu belə tamamlanır: “II Dünya müharibəsi Polşa tarixində ən travmatik hadisələrdən biri idi. Onun nəticələri Polşa xarici siyasətinə bu günə kimi ciddi təsir göstərməkdədir. 1939-cu il sentyabr ayından 79 il ötsə də, polşalılar bir millət olaraq bu hadisələrin xatirəsinə xüsusi qəyyum olaraq qalır. 1 sentyabr 1939-cu il tarixində başlayan müharibə Polşanın III Reyxinin hücumuyla birlikdə dünya tarixində ən barbar və soyqırım aktı idi. Böyük maddi ziyanlar, on milyonlarla qurban, eyni zamanda bütün mənəvi və etik normaların ümumi pozulmasına görə onun müqayisəsi yoxdur...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018