Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cənab prezidentin bölgələrə səfəri iqtisadiyyatımızın inkişafına xidmət edir” – Azər Badamov
Tarix: 19.09.2018 | Saat: 13:19:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Sentyabrın 19-da ölkə başçısı İlham Əliyev cənub bölgəsinə - Masallı və Biləsuvar rayonlarında səfərdə oldu. Prezident səfər zamanı cənub bölgəsində bir sıra infrostruktur layiələrin açılışını etdi. Ekspertlər İlham Əliyevin iştirakı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı,Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışını yüksək qiymətləndirirlər. Bildiririlər ki, bu regionda görülən işlər turizmin, eləcə də yoxsulluğun tamamilə aradan qaldırılmasında möhüm töhvələr verəcək.

Ölkə başçısının cənub regionuna səfərini şərh edən millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanda milli iqtisadiyyatın 11 əsas istiqamətini müəyyənləşdirən, əhatə edən Strateji Yol Xəritəsi tərtib olunub. Strateji Yol Xəritəsinin tətbiqinə başlanandan sonra Azərbaycan iqtisadiyyatında sıçrayışlı inkişaf, müsbət dəyişiklər geniş vüsət almmağa başlayıb: “Cənab prezidentin bölgələrə səfəri, yeni-yeni müəssisələrin açılışı, yeni iş yerlərinin meydana gəlməsi, infrastruktur layihələrinin həyata keçirilməsi dediklərimizə əyani sübutdur. Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafına xidmət göstərir. Yeni sahibkarlıq mühitinin meydana gəlməsi, müəssisələrdə yeni iş yerlərinin açılması təbii ki, Azərbaycan vətəndaşının rifahına hesablanmış addımlardır. Həm də işsizliyin minimuma endirilməsi deməkdir. Bütün bunlar həm də Azərbaycan iqtisadiyyatının yüksək inkişaf tempinin göstəricisidir”.  

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda böyük turizm potensialı mövcuddur. Təbiətin 11 iqlim qurşağından 9-unun məhz ölkəmizdə olması Azərbaycanda turizmin hər bir sahəsinin inkişafına imkan yaradır: “Turizm potensialımızın ən zəngin bölgələrindən biri də Azərbaycanın cənub bölgəsidir. Ötən gün cənab prezidentin həmin istiqamətdə yol infrostrukturunun açılışında iştirak etməsi, yeni layihələrin meydana gəlməsi, turizm sektoru üzrə yeni obyektlərin açılışlarının həyata keçirilməsi təbii ki, cənub zonasının cəlbediciliyini artıracaq. Ümumilikdə götürdükdə, Azərbaycanda turizmin inkişaf etdirilməsi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrindən biridir. Düşünürəm ki, açılışı olan hər bir turizm obyekti və bu istiqamətdə açılışı həyata keçirilmiş infrostruktur layihələri Azərbaycanda bu sahənin cəlbediciliyi artırır. Eyni zamanda, bizim öz turizm imkanlarımızdan istifadəni yaxşılaşdırır. Cənub bölgəsində həm meşəlik, həm dağlıq ərazilər, eləcə də dəniz mövcuddur. Bu da eko turizminin, turizmin ayrı-ayrı sahələrinin inkişafında böyük potensial deməkdir. Cənab prezidentin iştirakı ilə baş tutan açılışlardan sonra cənub bölgəsinə turist axını daha da artacaq. Biz bunu gələn ilin göstəricilərində əyani olaraq görəcəyik”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018