Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Noyabrın 8-dən etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareyslər açılacaq
Tarix: 19.09.2018 | Saat: 12:50:00
Bölmə:Sosial | çapa göndər

Misirin ölkəmizdəki səfirliyində PASHA Travel turizm şirkətinin nümayəndələri ilə Bakı-Şarm Əl-Şeyx-Bakı birbaşa hava reysinin açılması ilə əlaqədar görüş keçirilib.

Hafta.az-a verilən məlumata görə, görüşdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib ki, ölkəsi ilə Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əlaqələr həmişə yüksək səviyyədə olub: "Əlaqələrimizin inkişafı üçün bir sıra işlər görülməkdədir. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi xüsusi önəm daşıyır. Ona görə də birbaşa hava reyslərinin açılması təqdirəlayiqdir. Reysin həyata keçirilməsi hər iki ölkədən turist axının gücləndirilməsində, eləcə də investisiya, ticarət və iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayacaq. Bu yaxınlarda keçirilən mətbuat konfransında məlumat verildiyi kimi, hazırda Misirdə sabitlik hökm sürür və dövlət tərəfindən təhlükəsizlik tam təmin olunub”.

Qeyd edək ki, noyabrın 8-dən etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reyslər Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həftədə bir dəfə (cümə axşamı), Airbus A320 təyyarəsi ilə, uçuş müddəti 4 saat olmaqla həyata keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018